Xəbərlər

Asif Ata. Həqiqətlər (III Yan Bitiq) davamı

Mütləqə İnam Ocağının Ruhani Başçısı – Atası Asif Ata
Mütləqə İnam Ocağının Ruhani Başçısı – Atası Asif Ata

ƏDƏBİ FƏLAKƏT
Öz tarixi ərzində Azərbaycan Sovet ədəbiyyatı “Yaşasın Boyunduruq!” sözündən başqa heç nə deməyib mahiyyətcə.

BUGÜNKÜ TÜRKİYƏ

Hakimləri – Avropa yönlü.

İqtisadiyyatı – Kəsərsiz.

Ziyalısı – Yolsuz.

Xalqı – Qadir.

TÜRKİYƏAZƏRBAYCAN MƏDƏNİ ƏLAQƏLƏRİ

Şər körpüsü düzəldirlər Yurdumuzdan qulluqçular:

Şər aparırlar, Şərçi qonaqlayırlar.

İQTİSADİ İNQİLAB

“Yüksək Sosialist Qəhrəmanlığının” “Alçaq Burjua Dəllallı­ğına” sığınması.

SSRİ-nin TƏZƏ BEYNƏLXALQ NÜFUZU

Kommunizm İflasından götürülən Bəhrə.

HÜQUQ İSLAHATI

Şərin hüquqa mindirilməsi.

SOSİALİST ÇOXRƏYLİYİ

(Plüralizmi)

Şər küpəgirənliyi.

TƏZƏ SOVETLƏR

Şər Həngaməsi.

 

PARTİYA İSLAHATI

Zoru doğrultmaq.

VAHİD AVROPA EVİ

Şərə açılan Qapı.

TARİXİ HADİSƏ

Rus hakimiyyəti – Rus xalqının Müsibəti.

MÜASİR SSRİ

Xalqlar Oyunxanası.

ŞƏR TƏZƏLİKLƏRİ

1. Təzə sosializm – “Xeyirləşən” Şər.

2. Təzə sosial xətt – “Doğmalaşan” Şər.

3. Təzə xarici siyasət – Şər xilası.

 4. Təzə seçki – Şərtəhər.

 5. İcarəçilik – Şər kirayəsi.

 6. Kooperasiya – Şər artığı.

 7. Qeyri-formal Təşkilatlar – Şəraltılar.

 

ŞƏR MƏQSƏDLƏRİ

“Vətən” cəmiyyəti vasitəsiylə Vətəndən kənardakıları Şər­ləş­dirmək.

“Qayğı” cəmiyyəti vasitəsiylə Şəri xalqa mərhəmləşdirmək.

ŞƏRİN MİLLİ İSLAHATI

Üstündə milli naxış çəkilmiş Boyunduruq.

6 Murad günü, İşıq Ayı, 11-ci il. Bakı.

 

MİTİNQ AZADLIĞI

Əsarəti möhkəmləndirən.

 

AVROPA PARLAMENTARİZMİ

Atasızlıq.

KOMMUNİSTLİK

Yer cənnəti uğrunda döyüş – Əqidəsizlikdir.

OLMAYAN – OLAN

Yoldaş – Cənab deyən oldu.

Mərkəzi Komitə  – Saray deyən oldu.

Baş Katib – Çar deyən oldu.

Kolxoz – Dövlət təhkimçiliyi deyən oldu.

SSRİ – Rus İmperiyası deyən oldu.

Müttəfiq Respublikalar – koloniyalar deyən oldu.

Birlik – Ağalıq deyən oldu.

Qardaşlıq – Mütilik deyən oldu.

Çiçəklənmə – İflas deyən oldu.

Sıçrayış – Uçurum deyən oldu.

İNQİLABIN NƏTİCƏSİ

Sosializm Rus imperiyasını süqutdan xilas etdi:

Milli azadlıq Hərəkatlarının qarşısını aldı.

Oktyabr İnqilabı – İmperiya xilaskarı adlandırılmalıdır.

 

ÖZÜNÜALDADAN

Qorbaçov Qərbi aldadır ki, “Kommunizmi sarsıdıram”.

Şərqi aldadır ki, “Kommunizmi möhkəmlədirəm”.

Özünü Qərbin və Şərqin fövqündə hiss edir: – Əslində isə özünü aldadır – çünki hər ikisindən aşağıdır.

7 İnam günü, İşıq Ayı, 11-ci il. Bakı.

MİLLİ ÖZÜNÜDƏRKETMƏ

Antikommunizm.

TƏZƏ ƏQİDƏSİZLİK

“Əqidədən ötrü ölməyə dəyməz!” inamı.

ƏFQANISTAN FƏLAKƏTİ

Hamilik Zülmətinə qərq olmaq.

 

ŞƏRİN TƏZƏ LATIN AMERİKA SİYASƏTİ

Latın Amerikasını Təzə Sosializmin sınaq meydanına çevirmək.

 

ŞƏRİN TƏZƏ AVROPA SİYASƏTİ

Avropadan bəhrələnmək vasitəsiylə – Avropanı Şərləşdirmək.

ŞƏRİN TƏZƏ ASİYA SİYASƏTİ

Asiyayla “mərhəmlik” vasitəsiylə Asiyanı Şərləşdirmək.

TƏZƏ SOVETÇİN MÜNASİBƏTLƏRİ

Müştərək Hakimlik oyunu.

9 Ümid günü, İşıq Ayı, 11-ci il. Bakı.

MÜSAVAT PARTİYASI

Milli Dövlət Fədaisi.

 

MİLLİ YAS GÜNÜ

28 Aprel 1920-ci il – Milli Azərbaycan Dövlətinin beynəlmi­ləlçi şərçilər tərəfindən devrilməsi.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir