Xəbərlər

Asif Ata. Həqiqətlər (III Yan Bitiq) davamı

Mütləqə İnam Ocağının Ruhani Başçısı – Atası Asif Ata
Mütləqə İnam Ocağının Ruhani Başçısı – Atası Asif Ata

VƏZİYYƏT
Əgər SSRİ Fövqəlgücünü azaltmasa – Dünya ona etibar elə­mə­yəcək, əgər SSRİ  Fövqəlgücünü çox azaltsa – Dünya onu saymayacaq.
Bu səbəbdən də SSRİ Fövqəlgücünü “qədərincə” azaldacaq, yoxsa Dünyadan bəhrələnə bilməz, niyyətinə çatmaz.

 KƏDƏRLİ HAL

Pribaltikalılar mütəşəkkilliyində təcavüzkar həqarət var, bu səbəbdən də onların məğlubiyyəti heç kəsi kədərləndirmir.

7 Dözüm günü, Şölə Ayı, 11-ci il. Bakı.

TƏZƏ LƏYAQƏT

Lenindən Litva millətçisi düzəldirlər,

erməni daşnakı düzəldirlər,

yəhudi dəllalı düzəldirlər.

 

FİTNƏKARLIQ

Konstitusiya çərçivəsində qəhrəmanlıq – fitnəkarlıqdır.

HƏQİQƏTSİZLİK

Demaqoq – Həqiqətsizdir, bu səbəbdən də Sözbazdır.

İQTİDARSIZLIQ

Pribaltika SSRİ daxilində Müstəqillik istəyir, İnadla – İnamsız.

TƏZƏ MƏRHƏLƏ

Yenidənqurma – dəhşətli tarixi fəlakət.

 9 Qismət günü, Şölə Ayı, 11-ci il. Bakı.

 

QURULTAY MƏZMUNU

Haytalı, Həşirli, Qarışıq, Fəlakətli, Ləyaqətsiz Boşluq.

QURULTAY AŞKARLIĞI

Hakim sinif sayılan Fəhlə Sinfinin dəhşətli Hakimiyyət­siz­liyi, Sahibsizliyi tam aşkara çıxdı Qurultayda.

İNQİLABİ TRAGİKOMEDİYA

Xilaskarların xilas harayı!

QURULTAY DAVRANIŞI

Pribaltikalılar özlərini Evi qarət olunmuş Yiyə kimi aparır­dılar.

Ruslar özlərini dəvəsi ölmüş ərəb kimi aparırdılar.

Ermənilər özlərini zəncir gəmirən köpək kimi aparırdılar.

Azərbaycanlılar özlərini üzü qara gəlin kimi aparırdılar.

QURULTAY ATASIZLIĞI

Evdə Ata olmayanda – Uşaqlar biri-birinin başını yarır.

 

BƏDNƏZƏR GERB

Oraqçəkic: Kəndli ölümü, Fəhlə fəlakəti.

BİLMƏDİLƏR

Solçular Nazirlər Diktaturasını uçura bilmədilər.

Sağçılar Solçuları Hakimiyyətdən xaric edə bilmədilər.

Azərbaycanlılar Qarabağ məsələsində irəliləyə bilmədilər.

Qorbaçov Saxarova Sahib ola bilmədi.

“Cahanşümul tarixi hadisədə” əslində heç nə baş vermədi.

 

TƏZƏ ALİ SOVET

Partiyanın demokratik nökəri.

DÜNYƏVİ NƏTİCƏ

Qurultayı dinləyən hər bir xarici şəxs sosializm adlanan Yer cənnətindən cəhənnəmdən qaçan kimi qaçacaq.

11 İnam günü, Şölə Ayı, 11-ci il. Bakı.

EKOLOJİ FƏLAKƏT

Sosializm yırtıcılığı.

SOSİALİZM MÜBAHİSƏLƏRİ

Bəziləri deyir ki, sosializmin bünövrəsi qurulub, binası tikilməyib.

Bəziləri deyir ki, sosializm olmayıb – onu təzədən qurmaq lazımdır.

Leninin təzə sosializm konsepsiyasından xəbər verirlər – heç kəs də demir ki, o nədir.

Qorbaçov Sosializmi humanizmlə eyniləşdirir – özünü humanist saymayan ictimai sistem isə tarixdə olmayıb.

Əslində sosializm elə stalinizmdir (İctimai Mülkiyyət, Ehkam Hökmranlığı, Partiya Müstəbidliyi).

İndiki sosializm – Qorbaçov sosializmi, neososializm – stali­nizm­dir üstəgəl kapitalizmin bəzi xüsusiyyətləri (kooperasiya, parlamentarizm).

YENİLİKLƏR

Kooperasiya – alman kapitalisti Abbedən götürülmüş ideya­dır: – Şəxsləşən kollektiv mülkiyyət.

(Kollektiv – kooperasiyada yuridik şəxs sayılır).

İcarəçilik – kirayəçilikdir, burada müstəqil mülkiyyətdən söhbət gedə bilməz.

Mülkiyyətin Sahibi kolxozdur – yəni əslində Dövlətdir.

Təsərrüfat hesabı – Dövlət Mülkiyyətində müstəqillik – sahibin verdiyi Müstəqillik – yəni əslində olmayan Müstəqillik.

Təzə Ali Sovet – “Burjua” parlamentarizmi üztəgəl Qurultay.

Demokratiya, Aşkarlıq – Soosializm çərçivəsində – yəni Antidemokratiyaya xidmət edən.

Təzə Milli Siyasət – Boyunduruq Qoruyan.

Təzə Mərkəzi Komitə – Ali Sovet adlı işlək icraçısı olan Mütləq Hakim.

Təzə Sülh Siyasəti – İmperiyanı möhkəmləndirən – yəni əslində müharibə təhlükəsini əbədiləşdirən.

Ümumi nəticə: Köhnə sosializm üstəgəl xaos, anarxiya, gərginlik.

12 Arzu günü, Şölə Ayı, 11-ci il. Bakı.

DƏLLALLIQ VƏ AĞALIQ PRİNSİPİ

Kommunizm prinsipində Cəmiyyətlə Şəxsiyyət arasında Dəllallıq və Ağalıq hökm sürür.

“Hər kəsdən Qabiliyyətinə görə, hər kəsə Tələbatına görə” – münasibətində cəmiyyət qabiliyyət alıb Tələbat verir – Şəxsiy­yətin maddi Aqibəti bütünlüklə cəmiyyətin ixtiyarında olur; cəmiyyət Şəxsiyyət üzərində ağalıq eləyir.

MÜDHİŞ PİRAMİDA

Sovet adamının üzərində dəhşətli hakimiyyət Piramidası uca­lır: Pioner təşkilatı, Komsomol, Həmkarlar İttifaqı, Partiya, İcraiyyə Komitəsi, Mərkəzi Komitə, Rəis, Sədr, Briqadir, Şöbə müdiri, Milis, Prokuratura, Məhkəmə, Ali Sovet, Direktor – Uçurulası, Uçurulmalı!

ANTİBİRLİK

Müasir kollektivçilik – Dəhşətli, Fəlakətli Antibirlik.

MAHİYYƏTSİZLƏŞMƏ

Demokratiyada xalq mahiyyətsizləşir.

YENİ  QLOBAL  SİYASƏTİN

SATQINLIQ POTENSİALI

Almaniya Federativ Respublikasıyla dostlaşmaq üçün Alma­niya Demokratik Respublikasını sata bilər Yeni Siyasət;

Cənubi Koreyayla dostlaşmaq üçün Koreya Xalq Demok­ratik Respublikasını sata bilər;

Amerikayla dostlaşmaq üçün Kubanı sata bilər.

Satqınlıq potensiyası böyükdür yeni siyasətin.

KOMMUNİZM YADLIĞI

Ümumi Mülkiyyət – Birlik yaratmır, Birgə Yadlıq yaradır.

Ümumi Təminat – Birlik yaratmır, Birgə Yadlıq yaradır…

Kommunizm Yadlar birgəliyi yaradır.

İQTİDARSIZLIQ

Sinif – Fərdiyyətsizlikdir.

Sinfin ləğvi – Fərdiyyətin təsdiqidir.

Kommunizm sinifləri ləğv edə bilməz, çünki əslində fərdiyyət tanımır.

13 Ümid günü, Şölə Ayı, 11-ci il. Bakı.

 

SİYASİ ASSİMİLYASİYA

Avropalaşma – əslində siyasi assimilyasiyadır – Şərqin həra­rətlə qəbul etdiyi, qürrələndiyi.

GİZLİ AŞKARLIQ

Millətlərin biri-birinə qovuşmasından danışmırlar – millət­lərin ölüm təhlükəsindən danışırlar – əslində bu, eyni şeydir – bundan danışmırlar.

NİCAT

Marksistlər formal saydıqları “burjua demokratiyasının” ətə­yin­dən beşəlli yapışıblar – yenidənqurmanın qələbəsini onda görürlər.

SOSİALİZM SİYASİ İQTİSADI

Dövlət Mülkiyyətindən, Planlı Təsərrüfatdan yaxşı İqtisa­diyyat yoxdur – o, ölkəni süquta uğratsa da.

KOMMUNİST ƏXLAQI

Kollektiv Əxlaqsızlığı.

KOMMUNİST PEDAQOQİKASI

Sürüyetirən.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir