Xəbərlər

Asif Ata. Həqiqətlər (III Yan Bitiq) davamı

Mütləqə İnam Ocağının Ruhani Başçısı – Atası Asif Ata
Mütləqə İnam Ocağının Ruhani Başçısı – Atası Asif Ata

HƏQİQƏT
Adam İnsan olmasa – Azad olmaz.
Adam Azadlığı əslində Əsarətdir.
 7 Dözüm günü, Çiçək Ayı, 15-ci il. Bakı.


YAŞAYIŞ

Cəmiyyətdə Ağalıq eləyə bilmir – Ailədə Ağalıq eləyir.

Cəmiyyətdə Xanımlıq eləyə bilmir – Ailədə Xanımlıq eləyir.

Ağalığı yaşadır.

Xanımlığı yaşadır.

ƏLAQƏ

Varlı Yoxsulun Hesabına Varlı olur.

Yoxsul Varlının Hesabına Kasıb olur.

Varlı Yoxsulluq  yaradır əslində.

Yoxsulluğu  Var yaradır əslində.

ƏLLƏR

Yoxsulluğu yaradan Varlı Yoxsula əl uzadır.

Varlılığı yaradan Yoxsul Varlıya əl açır.

HƏQİQƏT

Varlı Ölkə olmur.

Varlı Dövlət olur, Varlı Təbəqə olur.

Yoxsullar  olmasa – Varlılar olmaz.

FƏRQ

Din – Yalançılıq.

İnam – Həqiqətçilik.

HƏQİQƏT

Dini yaşadan – İnamsızlıqdır.

Allahı yaşadan – Mütləqsizlikdir.

 8 Mərhəm günü, Çiçək Ayı, 15-ci il. Bakı.

İNAMSIZLIQ YÖNÜ

Dinə Qayıtmaq İnamsızlığı.

Kapitalizmə Qayıtmaq İnamsızlığı.

Qərbçiliyə Qapılmaq İnamsızlığı.

FƏRQ

Göy Dərinliyi var – İşıqlı.

Quyu Dərinliyi var – Qaranlıq.

 9 Qismət günü, Çiçək Ayı, 15-ci il. Bakı.

FƏRQ

Həya – Qorxusuzluq.

Həyasızlıq – Qorxu əvəzi.

HƏQİQƏT

Adam – Var olmadığından Qorxur;

Yox olmaqdan Qorxur.

Adam – özünü Var olan saymır və Allahdan Qorxur;

Yox olmaq istəmir və Ölümdən Qorxur.

HƏQİQƏT

Adamda Cəsarət Qorxuyla qoşalaşır.

Həqiqətçilik Cəfəngiyyatçılıqla qoşalaşır.

Doğmalıq Yağılıqla qoşalaşır.

Heyrət Həsədlə qoşalaşır.

Ləyaqət Qəbahətlə qoşalaşır.

Bütöv Adam olmur əslində Bütöv İnsan olur.

TƏKƏBBÜR

Sifəti çirkləndirən Ağalıq.

Sifəti çirkləndirən Xanımlıq.

 

HƏQİQƏT

Ağalıq – Adamda İnstinkt səviyyəsindədir.

Nökərlik – Adamda İnstinkt səviyyəsindədir.

Yırtıcılıq – Adamda İnstinkt səviyyəsindədir.

Cəfəngiyyatçılıq – Adamda İnstinkt səviyyəsindədir.

Qorxu – Adamda İnstinkt səviyyəsindədir.

Həsəd – Adamda İnstinkt səviyyəsindədir.

Şəhvət – Adamda İnstinkt səviyyəsindədir.

Özüylədöyüş – İnstinktlərlə döyüşdür – bu səbəbdən də əsil Ruhani Hünərdir.

12 Arzu günü, Çiçək Ayı, 15-ci il. Bakı.

YARANIŞ

Dünyadakılar Dünyadan yaranıb.

Dünya özündən yaranıb.

Dünyanın Mənası özündədir.

 13 Ümid günü, Çiçək Ayı, 15-ci il.Bakı.

ÜMİDSİZLİK İNAMI

“Əlac Allaha qalıb” Sözündən Ümidsiz Söz yoxdur əslində.

HƏQİQƏT

İnsan Dünyanı Bilmədiyi dərəcədə Allaha inanır.

İnsan Dünyanı Bildiyi dərəcədə Mütləqə inanır.

17 Murad günü, Çiçək Ayı, 15-ci il.Bakı.

HƏQİQƏT

Allaha üz tutmaq – Özgəyə üz tutmaqdır.

Mütləqə üz tutmaq – Özünə üz tutmaqdır.

19 Arzu günü, Çiçək Ayı, 15-ci il.Bakı.

 

DİNİ POZĞUNLUQ

Cəfəngiyyatçılıq Pozğunluğu.

Qismətçilik Pozğunluğu.

İtaətçilik Pozğunluğu.

Cənnətçilik Pozğunluğu.

Cəhənnəmçilik Pozğunluğu.

 20 Ümid günü, Çiçək Ayı, 15-ci il. Bakı.

DOĞMALIQ – YADLIQ

Doğma Vətən – Yad Cəmiyyət.

Doğma Həqiqət – Yad Siyasət.

Doğma Ruhaniyyat – Yad Hakimiyyət.

 6 Mərhəm günü, İşıq Ayı, 15-ci il. Bakı.

“OLUM  ya  ÖLÜM” SUALI

Şekspirdə “Yaşamaq” və Ölmək” mahiyyətcə Birdir.

Həyat – Ölümdür, Ölüm – Həyatdır.

Əslində isə Var olmaq – Olumdan Artıqdır, Ölümdən Artıqdır.

11 Ümid günü, İşıq Ayı, 15-ci il. Bakı.

VƏZİYYƏT

Din adlanan Ümidsizlikdən İnam adlı Ümidə keçə bilmirlər Adamlar.

14 Qismət günü, İşıq Ayı, 15-ci il. Bakı.

 

HƏQİQƏT

Adam Həyatı yenəndə – İnsan yaranır.

Həyat İnsanı yenəndə – Adam yaranır.

 17 Arzu günü, İşıq Ayı, 15-ci il. Bakı.

HƏQİQƏT

Aktyorluq – Oyunçuluq sənəti.

 

HƏQİQƏT

Siyasətdə – İnsanilik keçmir;

Ticarətdə – İnsanilik keçmir;

Siyasət – İnsanilikdən keçir;

Ticarət – İnsanilikdən keçir;

bu səbəbdən də Siyasətdə, Ticarətdə Ruhaniyyat məğlub olur.

 28 Qismət günü, İşıq Ayı, 15-ci il. Bakı.

ƏLAQƏ

Dinçilik – Mənəvi Pulçuluq.

Pulçuluq – Maddi Dinçilik.

 4 Qismət günü, Şölə Ayı, 15-ci il. Bakı.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir