HƏQİQƏT
Məhəbbətsiz ailə – İstehsalatdır.
5 Murad günü, Şölə Ayı, 15-ci il. Bakı.
HƏQİQƏT
Cəmiyyət Ailəni müdafiə eləmir – Ailədə Cəmiyyəti müdafiə eləyir.
13 İnam günü, Şölə Ayı, 15-ci il. Bakı.
ƏNƏNƏ
Şeyx Nəsrullah qaçdı…
Kefli İsgəndər ölülərin üzünə tüpürür.
18 Qismət günü, Şölə Ayı, 15-ci il.Bakı.
YOX OLMAQ QORXUSU
Adam Həyatdan getməkdən qorxmur – Yox olmaqdan qorxur.
Adam Yox olmasaydı – Həyatdan getməkdən qorxmazdı.
Ölümdən qorxmaq – Yox olmaqdan qorxmaqdır əslində.
BİRLİK
İnsan Öləndən sonra Dirilərə qarışır, təzə Fərdlərə paylanır.
28 Arzu günü, Şölə Ayı, 15-ci il.Bakı.
İNSANDAN UTANMAYANLAR
İnsanı Şəhvətlə (Libidoyla) eyniləşdirən Freydi vəsf edirlər – İnsandan utanmırlar.
İnsanı Fövqəlinsan aləti sayan Nitsşeni vəsf edirlər – İnsandan utanmırlar.
ÖLÜM – HƏYAT
Ölüm Həyatdakıları öldürə bilir, ancaq həyatı öldürə bilmir.
O, Həyatdakılardan güclüdür, Həyatdan zəif.
9 Murad günü, Xəzan Ayı, 15-ci il. Bakı.
NİTSŞEYƏ QARŞI
Əxlaq – Gücdür.
Əgər o, Zəiflərin silahıdırsa, Zəiflər güclüdürlər.
1 Murad günü, Qar Ayı, 15-ci il. Bakı.
TÜRK XORU
Evlərdən-eşiklərdən, Dağ ətəyindən, Çay qırağından, Düzlərdən gəlib Dərddə birləşirlər və birlikdə Ağlaşırlar.
3 Arzu günü, Qar Ayı, 15-ci il. Bakı.
HAL
Adamları biri-birinə bağlayan – Mənadır.
Adamlar – Mənasızlaşıb; bu səbəbdən də biri-birindən Ayrılıblar.
Biri-birindən Ayrılanlar Birliyi yaranıb – hay-həşirli.
12 Ümid günü, Çiçək Ayı, 16-cı il. Bakı.
HAL
Gerçəkləşmə – Nisbiləşmə.
Mahiyyətləşmə – Mütləqləşmə.
GEDİŞAT
Mütləqdən Nisbilər yaranır.
Birdən çoxlar yaranır.
Vahiddən Müxtəliflər yaranır.
Mütləqdən Mütləqlər yaransaydı, çoxlu Mütləqlər peyda olardı; müxtəlif Mütləqlər peyda olardı – yəni Mütləq olmazdı, çünki çoxlu Mütləq olmur; müxtəlif Mütləq olmur; Bir Mütləq olur, Vahid Mütləq olur.
HƏQİQƏT
Əgər Mahiyyət Bütövlüyü olmasaydı – Gerçəklik öz Ziddiyyətlərində boğulardı.
Əgər Mahiyyət Dəyişməzliyi olmasaydı – Gerçəklik öz Dəyişkənliyində itərdi.
Əgər Mahiyyət Sonsuzluğu olmasaydı – Dünya sona çatardı.
HAL
Xeyirlə Şərin Birliyi – Dialektik uydurmadır.
Xeyir bütün vəziyyətlərdə Şərə qarşıdır.
Xeyir Şərdən bəhrələnmir əslində – Şərin məğlubiyyətindən bəhrələnir.
HAL
Metafizika – Gerçəklikdən təcrid olunmuş Mahiyyəti tədqiq edir, Dialektika – Mahiyyətdən təcrid olunmuş Gerçəkliyi.
Məqsəd isə Mahiyyətlə Gerçəkliyin Birliyini tədqiq etməkdir.
HAL
Dünyanın Mahiyyəti Bütövdür, Təzahürü – Ziddiyyətli.
13 Dözüm günü, Çiçək Ayı, 16-cı il. Bakı.
İNAM TƏLƏBİ
İdrakdan kənardakı – İdrakda dərk olunur.
İdraka İnanmasan – İdrakdan kənardakını dərk etməzsən.
İNAMSIZLIĞA QARŞI
Dünyanın dərkinə inanmasan – Dünyanı dərk etməzsən.
Dünyanı dərk etməmək mümkün deyil.
Bu səbəbdən də İdraka inanmamaq mümkün deyil.
HAL
Gerçəklikdə hər şey Nisbidir.
Mahiyyət Gerçəkləşəndə Nisbiləşir.
BİRLİK
1. MAHİYYƏT – TƏZAHÜR
Birlik Mahiyyət – Təzahür Ziddiyyətindən yaranmayıb.
Mahiyyət – Təzahürləri Birləşdirir.
2. XEYİR – ŞƏR
Birlik Xeyir – Şər Ziddiyyətindən yaranmayıb.
Dünya Xeyirlə Birləşir.
3. HƏQİQƏT – YALAN
Birlik Həqiqət – Yalan Ziddiyyətindən yaranmayıb.
Dünya Həqiqətlə Birləşir.
Ziddiyyətlərin Birliyi – Dialektik uydurmadır.
HƏQİQƏT
Mütləqilik – Həqiqi sayılmasa, Nisbilik – Həqiqi sayılmalıdır.
Nisbilik – Həqiqi sayılmır, bu səbəbdən də Mütləqilik – Həqiqi sayılır.
HƏQİQƏT
Əgər Mahiyyət Mütləq olmasaydı – Nisbi Təzahürlər tükənərdi.
Əgər Mahiyyət Əzəli olmasaydı – Ötəri Təzahürlər tükənərdi.
Əgər Mahiyyət Əbədi olmasaydı – Keçici Təzahürlər tükənərdi.
Əgər Mahiyyət Sonsuz olmasaydı – Sonlu Təzahürlər tükənərdi.
Əgər Mahiyyət Kamil olmasaydı – Qeyri-kamil Təzahürlər tükənərdi.