Xəbərlər

Asif Ata. Həqiqətlər (III Yan Bitiqdən)

Mütləqə İnam Ocağının Ruhani Başçısı - Atası Asif Ata
Mütləqə İnam Ocağının Ruhani Başçısı – Atası Asif Ata

MİLLİ YAS GÜNÜ
28 Aprel 1920-ci il – Milli Azərbaycan Dövlətinin beynəlmi­ləlçi şərçilər tərəfindən devrilməsi.

 

HƏQİQƏT

Müsavatçıları kommunistlər hakimiyyətdən saldılar, Vətəndən xaric elədilər.

İndi müsavatçıları tərifləyirlər – “28 aprel”i pisləsinlər gərək onda! – Ələtdə dayanan 11-ci ordunu, parlamentə tuşlanan Topu!

 

HƏQİQƏT

28 aprel 28 mayın – Yasıdır.

28 may bayramlaşırsa – 28 aprel yaslaşmalıdır.

Kommunist öz qələbəsinə yas saxlamalıdır – düşmən qələbə­sini bayram eləmək üçün.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir