Xəbərlər

Asif Ata. İdealsızlıq

Mütləqə İnam Ocağının Ruhani Başçısı - Atası Asif Ata
Mütləqə İnam Ocağının Ruhani Başçısı – Atası Asif Ata

İDEALSIZLIQ
I

Ruhani maraq – özündəki Mütləqə çatmaqdır.
Maddi maraq – Varidata çatmaqdır.
Maddi ehtiyac – Bədəni yaşatmadır.

 

II

Maddi nemətlər zənginliyi – zəruri və gərəkli məziyyətdir.

Ancaq cəmiyyətin İdealını Maddi bolluqda görmək cəmiy­yəti idealsız qoymaqdır.

Çünki İdeal – Maddi Hadisə deyil, Ruhani Hadisədir.

 

III

Maddi İdeal yoxdur.

Maddi nemətlər vasitəsiylə Toxlar cəmiyyəti yaratmaq olar, İnsanlar cəmiyyəti yox.

 

IV

Güzəransızlığı aradan qaldırmaq – İnsansızlığı aradan qaldırmaqdan çox asandır.

V

İnsani cəmiyyət yaratmaq üçün insanlaşmaq Məqsədinə çat­maq lazımdır.

VI

İnsanlaşan özündəki vəhşini, naşını, xudbini, çirkini öldürür, balaca “mən”i üzərində yüksəlir, ruhani zənginlik qazanır.

VII

Maddi sərvət uğrunda yarışda İnsanilik qələbə çalmır, məğlub olur.

VIII

İnsanlar gözlərini maddiyyata dikiblər, ona görə də ruhaniliyi görmürlər.

 

IX

Maddi nemətlər vasitəsiylə İdeala yüksəlmək olmaz, bədəni mühafizə etmək olar.

 X

İnsani problemlərin həlli iqtisadi problemlərin həllindən çox çətindir.

XI

Maddi bərabərliyin İnsani cəmiyyət yaradacağı ehtimalı – xülyadır.

Maddi bərabərlik çox adi bir ədaləti bərpa edir: hamı təbiətdən eyni dərəcədə bəhrələnə bilər.

Ancaq Maddi bərabərlik İnsanilik yaratmır:

Ali İnam, Ali İdrak, Ali Mənəviyyat, Ali İradə Maddi Bərabərlik vasitəsiylə hasil olmur.

Vəhşilik, xudbinlik, hərislik maddi bərabərliklə aradan qalxmır.

Eybəcərlik yaşayır və zəngin antiinsanilik çeşidləri törədir.

 

17. ƏLAC

 İnsan özünə qalib gələcəksə – Dünya düzələcək.

İnsan özünə məğlub olacaqsa – Dünya pozulacaq.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir