Xəbərlər

Asif Ata. İnsan Naşılığı

Duyğu naşılığı. Arzu naşılığı. Sevda naşılığı. Qismət naşılığı. Alim naşılığı. Cahil naşılığı. Cavan naşılığı. Zaman naşılığı. Qoca naşılığı. Adam naşılığı. Məxluq naşılığı. Xülya naşılığı. Röya naşılığı. Rütbə naşılığı. Şöhrət naşılığı. Fateh naşılığı.
Naşı azadlıq. Naşı ləyaqət. Naşı təfəkkür. Naşı təşəxxüs. Naşı söz. Naşı əməl. Naşı zəfər. Naşı qisas. Naşı lənət. Naşı etiraf. Naşı pənah. Naşı xilaskar. Naşı zülmkar. Naşı ölkə. Naşı kölgə. Naşı dost. Naşı düşmən.
Hakim naşılığı. Zalım naşılığı. Xudbin naşılığı. Əyyaş naşılığı.
Naşı coşğunluq. Naşı heyranlıq. Naşı həyanlıq. Naşı aydınlıq. Naşı ilham. Naşı çağırış. Naşı yarış. Naşı aldanış. Naşı səadət. Naşı sədaqət.
Adi naşılıq. Dahi naşılıq. Məzlum naşılıq. Azğın naşılıq.
Naşı kişilik. Naşı qadınlıq. Naşı sərkərdə. Naşı əsgər. Naşı ölüm. Naşı zülm. Naşı ümid. Naşı istək. Naşı ağıl. Naşı ürək. Naşı nikbin. Naşı bədbin. Naşı yoxsul. Naşı zəngin. Naşı quzu. Naşı canavar. Naşı tufan. Naşı tüğyan. Naşı ilqar. Naşı vüqar. Naşı yollar. Naşı heyrət. Naşı adət. Naşı ehtiram. Naşı ehtişam. Naşı çağırış. Naşı alqış. Naşı pərəstiş. Naşı nəvaziş. Naşı böyüklük. Naşı igidlik. Naşı fərəh. Naşı kömək. Naşı dərs. Naşı səs. Naşı sahib. Naşı əsir. Naşı müəllimlik. Naşı tələbəlik. Naşı cəlal. Naşı xəyal.
Naşı bənzəyiş. Naşı irəliləyiş. Naşı aqil. Naşı kamil.
Naşı təsdiq. Naşı inkar.
Zahiri batindən ayırmaq. Asanı çətindən ayırmaq.
Naşı cəmiyyət. Naşı qətiyyət. Naşı əziyyət.
Rəyasət naşılığı. Səlahiyyət naşılığı.
Naşı yara. Naşı çarə. Naşı xəstə. Naşı dərman.
Heçliyi möhtəşəmlik saymaq. Yalana uymaq.
Naşı ülfət. Naşı hörmət.
Gurultunu yağış saymaq. Avazı məna saymaq.
Ruha inanmamaq. Vəcdə inanmamaq. Ehtizaza inanmamaq.
Sehrə inanmamaq. Sirrə inanmamaq.
Naşı başlanğıc. Naşı nəticə. Naşı əyləncə.
Cəllad naşılığı. Müstəbid naşılığı.
Vəcdsiz idrak naşılığı.
Ani hikmət naşılığı. Ani qiymət naşılığı.
Gizli niyyət naşılığı.
Dünyanı bilmək – anlamamaq.
İnsanı görmək – anlamamaq.
Naşı həsrət. Naşı ayrılıq. Naşı fəallıq. Naşı səbatlıq. Naşı gözəllik. Naşı ilkinlik. Naşı yetkinlik. Naşı təravət.
Dünyanı dünyadan böyük saymamaq.
İnsanı insandan böyük saymamaq.
Nisbidə mütləqi görməmək. Adidə Alini görməmək.
Müqəddəs duyğudan imtina. Nurani arzudan imtina.
Cismi görmək – ruhu görməmək.
Bugünü görmək – sabahı görməmək.
Üzü görmək – ürəyi görməmək.
Əzabı görmək – nəşəni görməmək.
Kədəri görmək – fərəhi görməmək.
İnkarı görmək – təsdiqi görməmək.
Təzyiqi görmək – qüdrəti görməmək.
Dərdi görmək – dərmanı görməmək.
Zülməti görmək – ulduzu görməmək.
Yaranı görmək – çarəni görməmək.
Yenini görmək – qədimi görməmək.
Dözümü görmək – sevinci görməmək.
Təmənnalı xidmət naşılığı.
Qərəzli qiymət naşılığı.
Qatildən imdad diləmək.
Zaildən idrak diləmək.
Yırtıcıya sığınmaq. Riyakara tapınmaq.
Özünə inanmamaq.
Qədərsiz naşılığını görəndə, səndən usanıram, İnsan!
Səndə yanılıram, İnsan!
Səni tanımıram, İnsan!

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir