Natam İnam. Natam İlham. Natam vəcd.
Natam ehtizaz. Natam məhəbbət.
Natam ismət. Natam fərəh. Natam xəyal.
Natam amal. Natam cürət.
Natam vüsət. Natam nəvaziş. Natam pərəstiş.
Natam iradə. Natam zəka.
Natam duyğu. Natam arzu. Natam sirr.
Natam dil. Natam yol. Natam səs.
Natam nəfəs. Natam həvəs. Natam böyük. Natam ali. Natam diri.
Natam açıq. Natam gizli. Natam mərd. Natam sərt.
Natam ata. Natam ana.
Natam qardaş. Natam sirdaş. Natam kamil. Natam aqil.
Natam qabil. Natam sahib.
Natam kömək. Natam istək. Natam dayaq. Natam oyaq. Natam nicat.
Natam ümid. Natam döyüş. Natam görüş. Natam heyrət.
Natam nifrət. Natam hiddət.
Natam övlad. Natam qanad. Natam xalis.
Natam munis. Natam ali. Natam adil.
Natam vüqar. Natam səcdə. Natam sevda.
Natam izzət. Natam şəfqət.
Natam saflıq. Natam işıq. Natam əzab.
Natam qəzəb. Natam göz.
Natam yeriş.
Natam saat. Natam gün. Natam il. Natam həyat.
Natam ailə. Natam xalq. Natam bəşər.
Natam tərəqqi. Natam nailiyyət. Natam əzəmət.
Natam pərvanəlik. Natam divanəlik.
Natam ilkinlik. Natam nikbinlik.
Natam vətənsevərlik. Natam bəşərsevərlik.
Natam dünyasevərlik. Natam gözəllik. Natam qadınlıq.
Natam kişilik. Natam zəriflik. Natam qədimlik.
Natam həyanlıq. Natam heyranlıq. Natam ehtiras.
Natam etiraz. Natam dözüm. Natam özül.
Natam haray. Natam fəryad. Natam imdad.
Natam sükut. Natam süqut. Natam ideal. Natam xəyal.
Natam körpəlik. Natam cavanlıq.
Natam yetkinlik. Natam qocalıq.
Natam ucalıq. Natam fikir. Natam duyğu.
Natam idrak. Natam mənəviyyat.
Natam hissiyyat. Natam heysiyyət. Natam hərarət.
Natam səmimiyyət.
Natam inkar. Natam təsdiq.
Natam ruh. Natam nur. Natam sirr. Natam sehr.
Natam həya. Natam imtahan.
Zamana pərçimlənmək və əbədiyyət axtarmaq.
Şöhrətə güvənmək və ölümsüzlük axtarmaq.
Ölümdən qorxmaq və qəhrəman bilinmək.
İşrəti sevmək və aşiq bilinmək.
Çirkaba qarışmaq və ülvi bilinmək.
Dünyadan yapışmaq və müdrik bilinmək.
Qüvvətə əyilmək və məğrur bilinmək.
Əzabdan çəkinmək – cəfakeş bilinmək.
Mənsəbə vurulmaq – xalqsevər bilinmək.
Maddiyə sıgınmaq – mənəvi bilinmək.
Bədənlə barışmaq – ruhani bilinmək.
Yalana söykənmək – möhtəşəm bilinmək.
Yaltağa küsənmək – hörmətli bilinmək.
Hiyləyə tapınmaq – ağıllı bilinmək.
Bugünə qapılmaq – sabahlı bilinmək.
Natamlığın yağındır, sənin, İnsan!
Ölmür, itmir!