Xəbərlər

Asif Ata. Mütləq Tələb

Mütləqə İnamın Mütləq olsun! Özünü Mütləqlə müqayisə et! Mütləqi Kamillik, Gözəllik və Xeyir meyarına çevir!
Özünə tələbin Mütləq olsun!
Gerçəkliyi Mütləqləşdirmə – Mütləqdən uzaqlaşarsan!
Həyata sığınma, onun üzərində yüksəl!
Mütləqin nişanələrini sev, onların ali mənasını qan, bu məna­­ya heyrət et!
İdrakın vəcddən ayrı düşməsin, Mütləqə və onun əlamət­lərinə vəcdin işığında bax!
Qəlbin Mütləq eşqiylə çırpınsın, Mütləqlə danışsın!
Xeyirə məhəbbətin, Şərə nifrətin Mütləq olsun!
Dünyadakı Mütləqə inan və dünyayla barışma!
Özünlə qane olma, bil ki, həmişə öz Mütləq mənin üçün azsan! Sən Mütləqin nişanəsisən, zəmanədən üstünsən, yüksək­sən, zəmanənin havasına oynama, qoy zəmanə sənin havana oynasın!
Daxilini nəzarətsiz qoyma, oraya oğrular, qarətçilər girə bilər.
Günahını bağışlama – Mütləqi küsdürərsən!
Maddini yüksək tutma – orada Mütləqilik yoxdur!
İmtinan Mütləq olsun!
Mütləqə çatmaq əzmin Mütləq olsun!
Hərəkətlərində, fikirlərində, duyğularında Mütləqlə görüş!
Ömrünü Mütləq kökündə sazla!

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir