Asif Ata Ocağının Evladları Şölə Ayında (iyun, 2018) Ağstafa bölgəsində “Ata Sonevini Ziyarət Günü” Mərasimi keçirdilər. Ocaq Quralları üstə Mərasim keçirildikdən sonra Ağstafada yerli adamlarla Atanın ideyaları, Ocağın əməlləri yönündə söhbət aparılmış, Ocaq ədəbiyyatları bağışlanmışdır.
Matəm Üstə Mütləqlə Təmas
Ölən – Əzəlidə qalır.
Əbədidə qalır.
Sonsuzda qalır.
Kamildə qalır.
Üzlərdə qalır.
Gözlərdə qalır.
Dodaqlarda qalır.
Xalqda qalır.
Ölən – Gerçəklikdən gedir – Mənada qalır.