Xəbərlər

Asif Ata Ocağının xalqlaşma səfərləri

Bu günlərdə Asif Ata Ocağının Yükümlüsü Soylu Atalı Amaldaşı Bilən Atalının ayarlaması ilə Yardımlı rayonuna səfər etmişdir. Səfərdə ayrı-ayrı soydaşlarımızla görüşmüş, Asif Ata ideyalarından, Ocağın ruhsal mübarizəsindən, iş-əməl yaşamından soraq vermişdir. Eləcə də, soydaşlarımızın suallarına cavablar vermiş, onlara Ocaq ədəbiyyatları bağışlamışdır.

Başlıca qonu: Dünənimiz, yəni ulusal-insani dəyərlərimiz Ocaq görümündə, onlara yiyə durmağın gərəkliyi;

Bugünümüz, yəni özümlüyümüzdən ayrılmağımızın fəlakətləri, bunun siyasi varlığımızda acı etkisi;

Sabahımız, yəni Mütləqə İnam ideyası əsasında xalqımızın toparlanması, özümlüyünü bərpa eləməsi, dünyada öz yerini bəlirləməsi…

Bu arada Günev Atalı da Beyləqanda ayrı-ayrı insanlarla görüşüb söhbətlər eləmişdir. Onları düşündürən sualları cavablandırmışdır. Hər kəsin Yurdumuzun ruhsal taleyi ilə bağlı sorumlu olduğunu anlatmış, onları bölgədə tikib başa gətirdiyi İnam Evinə (İnam Məbədinə) çağıraraq, hər kəsi düşündürən məsələlərə birlikdə aydınlıq gətirməyin önəmini vurğulamışdır.

Ocaq Evladları Asif Atanın “Mütləqləşmək – Var olmaq” bitiyini də çap etmişlər. Bu Bitiyin nüsxələrindən Milli Arxivə verilmiş, eləcə də səfərdə görüş zamanı soydaşlarımıza bağışlanmışdır.

Atamız Var olsun!

 

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir