Xəbərlər

Asif Ata Ocağının yeni Xalqlaşma-Səfər örnəyi

Asif Atanın Mütləqə İnam Ocağının özünəxas qurallarından biri də Ruhani Səfər əməlidir. Bu əməl Asif Atanın öz Ocaqçıları qarşısında qoyduğu xalqlaşma tələbidir. Amalın xalqda yayılması, öyrədilməsi anlamı daşıyır. Dünyada nə baş verir versin, Ocaq öz işini görməlidir. Çünkü bütün sorunların kökündə insanlaşmanın, millətləşmənin zədə götürməsi durur. Hələ sovet dönəmində xalqın özünəyadlaşma nədənlərinə aydınlıq gətirərkən Asif Ata demişdi: Quruluş pisdir, çünkü insan pisdir, həyat pisdir, gediş pisdir, münasibətlər pisdir, çünkü insan pisdir. Bütün bəlaları yaradan da insandır, qurtuluşu yaradan da. Ona görə düşündük, daşındıq, Ocaqlaşma yolu tutduq… Ocaqlaşma – İnsanlığın ölçüyə çevrilməsi, Ruhaniyyat sisteminin düzgün qurulması, birgəyaşayış nizamının ruhaniyyat tələblərinə uyğun gerçəkləşməsi deməkdir. Ocaq hər yerdə topluma bu həqiqətləri çatdırır. Ocaqda bu əməlin adına Xalqlaşma əməli deyilir. Ocaqçılar bu əməlləri gerçəkləşdirmək üçün ardıcıl səylər göstərir, bölgələrə səfərlər edərək fərdi, kütləvi görüşlər keçirir, Ocaq həqiqətlərini xalqa çatdırmağa çalışırlar. Bu gün dünya pandemiya sorunları ilə üzləşdiyinə görə bir sıra məhdudlaşdırmalar, yasaqlar var. Bu nədənlə Ocağın da işləri məhdudlaşıb. Ona görə də görüşlər əsasən fərdi xarakter daşıyır, kütləvi görüşlər alınmır.

Elə fərdi görüşləri gerçəkləşdirmək üçün bu günlərdə Ocağın Yükümlüsü Soylu Atalı bölgələrə səfər eləmiş, soydaşlarımızla ünsiyyətlər qurmuşdur. Görüşlərdə milli-mənəvi məsələlər, Ocağın ideya-prinsipləri yönündən çıxışlar olmuşdur. Söhbətlər sonucunda 15-ə qədər soydaşlarımıza Ocaq ədəbiyyatları bağışlanmışdır…

Atamız Var olsun!

25 Yağış Ayı, 42-ci il.
(noyabr, 2020.)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir