Xəbərlər

Asif Ata. Oğruluq – Doğruluq (“Münasibətlər” Kitabından)

Mütləqə İnam Ocağının Ruhani Başçısı - Atası Asif Ata
Mütləqə İnam Ocağının Ruhani Başçısı – Atası Asif Ata

OĞRULUQ – DOĞRULUQ
I
Kapitalizm Maddi Sərvəti Sitayiş Taxtına çıxartdı.
Sosializm Maddi Sərvəti Sitayiş Taxtından salmadı.
Əgər Maddi Tərəqqi Başdırsa – Maddi Sərvət də Başdır.

 II

Yeni cəmiyyətdə də Varlı sevildi, təqdir olundu, fərqləndi, yüksək dəyərləndi.

Yeni cəmiyyətdə də kasıb (yaxud az varlı) sevilmədi, təqdir olunmadı, dəyərlənmədi.

Maddi Sərvətə Malik olan yenə də İctimai Ləyaqətə sahib oldu.

Maddi Sərvətə Malik olmayan yenə də İctimai Ləyaqətdən Məhrum oldu.

 

III

Oğru varlı sevilir, çünki sərvətin nə vasitəylə ələ gətirilməsi əhəmiyyətli məsələ sayılmır, yazılmamış “Maddiyyat kodek­sində” ruhanilik zəruriyyəti yoxdur.

Doğru kasıb (yaxud az varlı) sevilmir, çünki kasıblığın mənəvi səbəbləri əhəmiyyətli məsələ sayılmır, yazılmamış “Maddiyyat kodeksində” ruhanilik zəruriyyəti yoxdur.

IV

Oğru oğruluğun bəhrəsini görür.

Doğru doğruluğun ziyanını çəkir.

Doğruluq təhqir olunur, bədnam olur, alçalır.

Yüksək olduğun üçün – alçaq sayılırsan.

Düz olduğun üçün – Yanlış sayılırsan.

İrəlidə olduğun üçün – geri qalırsan.

Xalis olduğun üçün – naqis bilinirsən.

 

V

Oğru Varlı tutulur, dustaqxanaya salınır – ancaq zəlil sayılmır, aciz sayılmır, gərəksiz sayılmır.

Doğru kasıb tutulmur, dustaqxanaya salınmır, ancaq zəlil sayılır, aciz sayılır, gərəksiz sayılır.

 

VI

Doğru – kitablarda, qəzetlərdə, qanunlarda, tədbirlərdə sevilir, alqışlanır, həyatda döyülür, söyülür.

Oğru – kitablarda, qəzetlərdə, qanunlarda, tədbirlərdə söyülür, döyülür, həyatda sevilir, seçilir.

VII

İdealda Doğrular üçün yaranan cəmiyyətə gerçəkilikdə oğrular Sahib oldu.

Bu təbiidir.

Çünki Maddiyyatçılıq əslində Oğrunun tərəfindədir, Doğrunun tərəfində deyil.

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir