İnqilabdan qabaq ictimai elita (seçilmişlər təbəqəsi) mövcud idi.
Həmin təbəqə başlanğıcda qabiliyyətlilərdən, dövlət qarşısında xüsusi xidməti olanlardan yaranmışdı, onlar xüsusi nişanlarla, titullarla fəxri adlarla fərqlənirdilər.
İnqilab həmin Elitanı (seçilmişləri) Nişanlarıyla, Titullarıyla, Fəxri adlarıyla ləğv etdi.
İndi “ideal bərabərlik olan cəmiyyətdə” Elitamaniya həqarəti baş alıb gedir.
Titullarla, Mükafatlarla, Ordenlərlə fərqləndirilən Elita günü-gündən artır.
Mənəvi plebeylik (gədalıq) törəyir və bu, Ruhani ləyaqəti təhqir edir.
Titullar arxasında istedadsızlıq, mənəviyyatsızlıq, inamsızlıq, idraksızlıq, xudbinlik, rəzillik gizlənir.
Xəlqi adlar icad edirlər və xəlqi Müqəddəsliyə yağı çıxırlar.
Elita çirkabı yaranır.
Xalqa çirkab içirdirlər.
Seçilmişlər həqarəti törəyib.
Seçilmişlər – həqarəti seçdilər!..