Xəbərlər

Asif Ata. Sevincli Dünya

Günəş görürəm – sevinirəm, səma görürəm – sevinirəm, müqəddəs analıq, möhtəşəm atalıq, zərif ürək görürəm – sevinirəm, Mütləqə can atmaq ehtiyacı görürəm – sevinirəm, məhəbbət görürəm, mərhəmət görürəm, həqiqət görürəm – sevinirəm, körpə dil açır – sevinirəm, ulduz göydən boylanır – sevi­nirəm, səhər açılır – sevinirəm, ürəklərdə arzu doğur – sevinirəm, yollar yollara calanır – sevinirəm, ocaq qalanır, çıraq yanır – sevinirəm, ceyran məsumluğu, bənövşə incəliyi görürəm – sevinirəm, ilahi səs eşidirəm, əqidə-amal qüdsiyyəti görürəm – sevinirəm, doğmalıq, həyanlıq görürəm – sevinirəm, qəhrəmanlığın, özündənkeçmənin əfsanələrə sığmayan əzəmətini görürəm – sevinirəm, insanın heyvanilik üzərində qələ­bə­sini görürəm – sevinirəm, ruhani vəcd görürəm – sevini­rəm; bulağın qaynaması sevincimdir, üzlərdə həya qızartısı – sevincimdir, göy qurşağı, duyğu əlvanlığı, bahar təzəliyi, imtina qətiliyi – sevincimdir, qaranquş sədası, körpə səsi –  sevincimdir, qar üstündə cüyür izləri, xatirələr oyanışı – sevincimdir, təpələrin genişliyi, qayaların sakitliyi, yaz selinin çılğınlığı – sevincimdir; qədimliyə qayıtmağım, qarışmağım – sevincimdir; balaların anasına, aşiqlərin məşuqələrə qovuşması – sevincimdir; ağaclarn çiçəyi, sifətlərin məlahəti, gözlərin şəfqəti – sevincimdir!
Körpəliyimdə – anamın gəlişi, gəncliyimdə – eşq atəşi, yet­kin­liyimdə – özümlə döyüşüm, qocalığımda – özümlə görüşüm – sevincimdir!
Sevincin böyükdür, dünya! Səni Mütləq sanardım, səndə dayanıb qalardım, sevincinə bərabər Kədərin olmasaydı!

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir