Sentyabrın 27-dən başlayaraq, Vətənimiz Azərbaycanda savaş gedir. Tarix boyu İnsanlığa qarşı yaşayan, heç bir bəşəri dəyər yaratmayan, hər zaman bəşəri dəyərləri ayaqlamağa çalışan bir toplumla qarşı-qarşıya qoyulmuşuq. Erməni adlanan bu topluma arxa duranlar da İnsanlığın düşmənləridir. Dünyanı alçaqlıqla, alçaqları qullanmaqla yönətənlər hər yöndən varlığımıza əngəl törədir, bizi parçalanmış, dağınıq durumda saxlayır, xalq kimi toparlanmağımızın qarşısını kəsirlər. Bunun üçün torpaqlarımızı hissə-hissə əlimizdən alıb erməniləşdirir, torpaqlarımızı qorumağa qalxanda isə bizi “zavallı, yazıq, məzlum” ermənini məhv edən, savaşa meyilli xalq kimi göstərməyə çalışırlar. Bu baxımdan yanaşanda biz bu gün gələcəyi bəlli olmayan ermənilərlə deyil, əslində onun arxasında duran imperialist güclərlə döyüşürük. Ancaq dünya haqsevər toplumlardan xali də deyil. Dost, qardaş Türkiyə başda olmaqla bir sıra qabaqcıl düşünən ölkələr də haqq işimizə dəstək olurlar. Özəllikcə vətənini sevən, düşmənə qarşı barışmaz olan xalqımız milli, insani ləyaqətimizin tapdalanmasına qarşı toparlanıb hər cür birlik, fədakarlıq göstərir. Keçən yüzilin başlanğıcından başlayaraq, ata-baba torpaqlarından qovulan, aşağılanan xalqımız soyqırıma uğramağa, təhqir olunmağa , körpələrimizin, gənclərimizin, ahıl insanlarımızın öz evinin içində amansızcasına məhv edilməsinə son vermək üçün ayağa qalxmışdır. Hesab edirik ki, dövlətimiz bu tarixi şəraiti ciddi dəyərləndirməli, sonacan xalqımızın tələblərinin arxasında durmalıdır. Biz barışsevər, humanist bir Qurum olsaq da, xalqımızın tələblərinin ödənməsini, addımın dala qoyulmamasını istəyirik. Erməni ilandır, onunla dinc, yanaşı yaşamaq mümkün deyil. İlanın başı əzilməlidir. Yağıya qarşı güzəşt xalqımıza qarşı xəyanət demək olar. Odur ki, döyüşkən, qorxmaz, ləyaqətli ordumuzun gücünə arxalanaraq savaşı başa çatdırmaq, savaş sonucunda erməniyə hər hansı status tanımamaq gərəkdir. Əgər Qarabağda erməniyə hər hansı bir status tanısaq, o, zaman-zaman havadarlarına söykənərək içimizdə genişlənəcək, yenidən körpələrimizin, gənclərimizin, yaşlılarımızın qanını tökəcək, dincliyimizə qənim kəsiləcəkdir. İçimizdə hər hansı bir status alan ermənini qorumaq, “humanizmi” bərpa eləmək adı ilə dünyaya ağalıq edən güclər Azərbaycana hər zamankı kimi əl qoyacaq, ona qarşı sömürgəçi siyasətlərini sürdürəcəklər. Başlıcası, Azərbaycanı federal dövlətə çevirməklə, onun dövlətçilik varlığına son qoymağa çalışacaqlar. Azərbaycanın Güneyə doğru genişlənmək, Bütövləşmək imkanı var. Bu imkanın yolunu kəsmək üçün ermənini federal subyekt kimi bizə qəbul etdirməyə çalışanlar, sabah Azərbaycanın ayrılmaz hissəsi olan qardaş etnikləri də federal subyektlərə çevirməyə cəhdlər edəcəklər. Azərbaycan unikal dövlətdir, onu federallaşdırmaq – parçalayıb yox etmək deməkdir. Ona görə xalqımız, dövlətimiz səfərbər olunmalı, bəşərsevər xalqların dəstəyinə söykənərək, Azərbaycanın başı üzərində dolaşan qara buludları biryolluq dağıtmağa çalışmalıdır.
Bütün bunların nə qədər çətin olduğunu biz dərk edirik. Ancaq tarix səhnəsində qalmağımızın başqa yolu yoxdur. Xalqımıza, dövlətimizə uğurlar diləyirik, xalqımızı, dövlətimizi sevirik!
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
Asif Atanın Mütləqə İnam Ocağı.
9 Xəzan Ayı, 42-ci il.
(Oktyabr, 2020-ci il).