Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Böyük Azərbaycan-türk düşünəri, Hürufilik Təliminin yaradıcısı Fəzlullah Nəiminin 675-illiyi qarşısındayıq. Bu böyük şəxsiyyətimizin yaratdığı dəyər xalqımızın mənəvi-ruhani mahiyyətindən yaranmış, indi də yadlıqlara qarşı milli tutalqa sayılacaq bir olaydır. Öyrənmək, öyrətmək, yiyə çıxmaq gərəkdir. İndi Soylu Atalının Nəimi şəxsiyyəti ilə bağlı yığcam bir yazısını sunuruq.
Hörmətli Mirzə müəllim!Ehtiramımı qəbul edin.Mənim son illərdə tənqid sahəsində fəaliyyətsizliyimin səbəbləri haqqında Sizə müraciət etməyə ehtiyac duyuram.Mən öz tənqidi yaradıcılığımda həmişə aşağıdakı prinsipə əsaslanmışam:əsil ədəbiyyat təqlidçiliyə, qondarmaya, süni yenilikçiyə yaddır, o, xalq mənəviyyatının ifadəçisi olduğundan təbii, özünəməxsus şəkildə inkişaf etməlidir, Qərbi yamsılamaq – hünər deyil, erudisiya həyatiliyi əvəz edə bilməz, tənqid bir qrupun mənafeyini yox, […]
Ürəyinizdə Ata Günəşi olsun, sayğılı oxucular. Bu kitab heç bir gələnəkdə olmayıb. Bu gün də belə bir kitab heç yerdə yazılmır. İnsanlığın, ruhani istəklərin ömürlərdə oluşması, bunun necəliyinin, yönünün dilə gətirilməsi yazıya alınıb kitablaşdırılıbdır. Xalq ruhunun ayrı-ayrı bireylərində yaşaması, qarışıq, dolaşıq gedişlərdən, pozuntulardan ayrılaraq dəyərə çevrilməsi, mənəvi dəyərlərin yaşadılması xalqı gələcəyə aparan yaşam nizamıdır. Asif […]