İnsanın fərəh haqqı var, ancaq o fərəhlənə bilmir. Buna səbəb insanın gerçəklikdən üstun ola bilməməsidir. Mühitə uyğun yaşayan, şəraitə bel bağlayan, zamanı özünün alın yazısı sayan insan özünə inanmır, ona görə fərəhlənə bilmir. Fərəhlənəndə də bəsit, keçici uğurlarına fərəhlənir. Nisbi yaşamı fərəhsizliyə qərq olur. Çünki insan maddi dünyanı görur, onun uğrunda döyüşür, ruhanı dünyanı görmür, […]
Güclü siyasət, zəif siyasət deyilişini qəbul etmirik. Güclü dövlət, zəif dövlət məntiqini doğru sayırıq. Güclü siyasət olmur, gücə dayanan siyasət olur. Bəs dövlətin gücü nəyə bağlıdır?! Hesab edirik, sağlam prinsiplər üzərində milli ideologiyanın işlənib hazırlanması, dövlət yönətimində hakim etkiyə çevrilməsi gərəkdir. Bunu isə ədalətli şəxsiyyət, milli ruha bağlı olan siyasi xadim gerçəkləşdirə bilər. Dövlət güclü […]
Mən bir məsələyə toxunmaq istəyirəm. Ocağın Bayrağına irad tutanlar var. Bizim dövlət bayrağımız üçrənglidir. Hərəsi bir məna daşıyır. Başqa-başqa ideyaları süni şəkildə birləşdirib bayraq yaratmaq heç kimi rahatsız eləmir, ancaq Ocağın bayrağı rahatsız edir. Mənasızdır dövlət bayrağının boyaları, çünkü milliliyi bütöv şəkildə ifadə etmir. Ocağın Bayrağı isə İnsanlaşmaya çağıran müqəddəsliyin rəmzidir. Evdən çölə çıxırsan, hər […]