Xəbərlər

Asif Atayla görüş (90-cı illərdə) II hissə

Mütləqə İnam Ocağının Ruhani Başçısı - Atası Asif Ata
Mütləqə İnam Ocağının Ruhani Başçısı – Atası Asif Ata

Sual: Asif müəllim, sizin kitabınızı çox çətinliklə tapıb oxuduq. Çox təəssüf ki, belə bir kitab kiçik tirajla… (Ata sualı yenə axıradək oxumadan cavab verir – S.A.)
Cavab: Bütün yaxşı kitablar həmişə kiçik tirajla çap olunur. (Alqış səsi – S.A.).

Sual: Bu kitabda toplanan bütün məqalələr 70-ci illərdə yazılıb. Bəs sizin sonrakı yara­dıcılığınız haqda nə vaxt məlumat alacağıq? (Ata: Yaxşı sualdı.). Ümumiyyətlə, sizin imzanıza qəzet və jurnal səhifələrində çox nadir hallarda təsadüf edirik. Niyə? Asif müəllim, sizin uzun müddətə rəsmi şəkildə ədəbiyyatdan ayrılmağınızın səbəbi nə idi və indi yenidən qayıtmağınızın mahiyyəti nədir? Və nəhayət, Asif müəllim, sizin o vaxt tənqid etdiyiniz şairlərin yaradıcılığına münasibətiniz dəyişibmi?

Cavab: Çox gözəl sualdı.  Sualı yazan Asif Şəfaqatı. Özü də mənim adaşımdı. İndi bu suala cavab verim.

Mən 70-ci ildə, yəni çap olunmayan dövrümdə çox yazmışam, ən çox onda yazmışam. İnan­mazsınız ki, o dövrdə mən necə yaxşı işləyirdim, az çap olunsam da. Hər dövrün öz xüsusiyyəti var. Həmin dövrdə gördüm ki, məni çap eləməyəcəklər, oturdum o böyük əsərləri yazdım. Yəni məqaləçilikdən bir az uzaqlaşdım. Sırf fəlsəfi əsərlər yazdım. Ancaq indi deyə bilməyəcəm onlar nə vaxt çap olunacaq. Belə görünür ki, onlar deyəsən hələ çap olunmayacaq. Biz bir-birimizlə gərək açıq danışaq da. O əsərlər başdan-ayağa bir nəfərin öz fikirləridir. Orada nə aparat var –elmi aparat, nə sitat var, nə filan adam belə dedi var, sırf başdan-ayağa o köhnə kişilər kimi, fəlsəfi fikirlərdir. Təbiidir ki, onlar üçün müəyyən bir vaxt lazımdır. Özü də o bir az bədii şəkildə yazılıb, esse də var orda. Bir az başqa cürdü. Onlar əgər ortodoksal filosofun əlinə düşsə, deyəcək ki, mən bunları anlamıram. Bu qəribədi, bu əcaibdi.

Çoxlu əsərlər yazılıbdı. Ola bilsin ki, siz onları gördünüz. Bəlkə mən onların çapını gör­mədim, amma siz onu görə bilərsiniz.

O ki, qaldı sualın o tərəfinə ki, “İmzanıza niyə son vaxtlarda nadir halalrda təsadüf edirik?”, deməliyəm ki, mənim yazılarım çoxdur. “Azərbaycan” jurnalında mənim iki məqaləm var. “Ulduz”da iki böyük məqaləm var. “Ədəbiyyat”da mənim dörd məqaləm var. Çap eləyirlər məni, fəxr eləyirlər amma həvəssiz. Qəribədir, bir tərəfdən mənimlə fəxr edirlər, məsələn, kitablarını avtoqrafla veririlər, yazırlar xalqımın dahisi, nə bilim nə. Onlardan soruşmaq gərəkdir ki, a balam, bəs bu dahinin əsərini niyə belə pis çap eləyirsən? – Həmən o mənəvi qıtlıq məsələsidir bu da müəyyən mənada. Amma söz veriblər ki, “Azərbaycan” jurnalında çıxmalıdı, “Ulduz”da çıxmalıdı, 6-cı nömrədə bəlkə çıxdı. Mən yazıram, tənqidçiliyə qayıtmışam. Əgər mən qayıtmışamsa, deməli, əməlli qayıtmışam. Məndə belə hal yoxdu ki, bir az qayıdım, bir az qayıtmayım.

Niyə mən getdim, niyə qayıtdım? – Bir dəfə mən “Qoşma”da, bilmirəm qulaq asdınızmı, orda öz fikrimi bir az demişdim, onu kəsdilər. Guya ona görə mən getmişdim ki, çoxları elə deyirlər, məni tənqid eləyirdilər, nə bilim başıma işlər gəldi. Onlar oldu, amma məsələ o deyildi. Mən müasir fikirdən diksindim, ikrah yarandı. Açıq danışaq. Özümdən də xoşum gəlmədi. Yalan nə qədər olar? Bilirsinizmi, elə bir məqam gəlir ki, adamın özündən zəhləsi gedə bilər. İnsanın ki, özündən zəhləsi getdi, o yaşaya bilməz. Ay deyirlər, adam özündən gərək narazı olsun. Bəlkə bir az olsun, amma həm də özünü istəməlisən. O dövrdə mənim müasir ədəbiyyata münasibətim, müasir tənqidə münasibətim dəhşətli dərəcədə ikrah hissi idi. Ad çəkmək istəmirəm. Elə bilərlər ki, istifadə edirəm. Məsələn, bu adamlar az qalıb elmlər akademiki olmağa, neçə əsər yazıblar, amma fikir yoxdu. Nətəhər bu böyüklükdür ki, bu boyda yazasan, ancaq fikir olmaya.

Sonra, nə qədər yalan demək olar? Məni tanıyanlar burada varsa, onlar bilirlər ki, fəal axtarışlar uğrunda gəlirdim Axundov kitabxanasına, axşam saat 10-a qədər suallarıma cavab axtarırdım, narahat idim. Ona görə yazammazdım, suallarıma cavab tapmadan. Əvvəlki cavablar məni təmin eləmirdi. İndi sizə deyə bilərəm – bütün suallara cavab tapmışam, cavablamışam. (Alqış səsi – S.A.).

Sualın davamı: “Tənqid etdiyim şairin yaradıcılığına münasibətim”.

Mən elə bilirəm ki, tənqid etdiyim tendensiyalar hələ də qalır, açıq deyirəm, müasir ədəbiyyata mənim münasibətim müsbət deyil. Mən bunu deyə bilərəm, çünki mən 20 ildir tənqidlə məşğulam. Mənə elə gəlir ki, Cəlil Məmmədquluzadədən sonra Azərbaycan ədəbiyyatındakılar gözdən pərdə asırlar. Sabirdən sonra, Hadidən sonra. Hadini yaxşı təhlil eləməyiblər. Mən bəlkə Hadi ilə məşğul oldum. Hadidən sonra, o birilərdən sonra Azərbaycan ədəbiyyatında başqa durum olmalıydı. Ədəbiyyat məddahlaşdı. Sui-istifadə ilə məddah ədəbiyyat yarandı. O böyüklükdə şairlərimizdən heç nə qalmayacaq. Hələ indi qalmayıb. Şairlərimiz var, onlar Füzuli ola bilərdilər. Şöhrət, mənsəb onları tez ələ aldı. Gəlin özümüzə sual verək, bax bu XX əsr qurtarır, gələcək nəsil gələcək. Şəbi Hicrana layiq bir misra dedilərmi bizim çağdaş şairlərimiz? – Yox. Uzun müddət məddahlıq oldu. 60-cı ildə Bəxtiyar, o birilər oldu. Sonra “ağıllandılar”. Uğurlu nə oldusa, 3-5 il oldu. Onlar qoymadılar inkişaf başlasın milli ruhda. Mənim yadımdadı, mən 60-cı ildə gəlmişdim. Bəxtiyar haqqında deyirdilər ki, o, milli qəhrəman olmaq istəyir. A bala, olmaq istəyir istəyir də, bunun nəyi pisdir ki?! Başladıq bir-birimizə ağız büzməyə. Sevinmək əvəzinə ki, pis-yaxşı…

Düşünün hər halda. Müasir ədəbiyyat ən çox məddahlıq oldu. Ayrl-ayrı şeirləri var. Mənə elə gəlir ki, bizim bugünkü söhbətimizin heç birinə dəxli yoxdu. Siz təsəvvür eləyin, bugün biz söhbət elədik. Hansı fikri hardan aldıq, kimdən bir nəsnə alıb burda söylədik? – Heç nə. Ancaq onlar tamam təqlidçi olublar. Arsızılaşıb ədəbiyyat. (Alqışlar – S.A.).

Şəxsiyyət məsələsi. Bu, yaxşı sualdı. Mən qəti onun əleyhinəyəm ki, durub deyələr, şair şairdi da, nə olsun ki, o, əxlaqsızdı. Bəlkə mən utopistəm, amma mən camaatla necə bir olmuşamsa indi də elə oyam. Şəxsiyyət və yaradıcılıq bir şey olmalıdı. Qəti bunları ayırmaq olmaz. Ancaq bizim şairimiz nələr eləyir?! “Jizni” kitabını alır və orda oxuyur ki, Puşkinin 200-ə qədər aşnası varmış. Puşkin hətta siyahı düzəldibmiş. O öləndən sonra siyahı ortaya çıxır. Alıb oxuyanlar onu bir-birinə göstərirmişlər. O dövrdə ruslar, rus ziyalıları fransızları təqib edirmişlər. Fransızlar, bilirsiz də, əxlaqsızlığın məbədidir (zalda gülüşürlər – S.A.). Bizimkilər bunu oxuyub deyir ki, mənə nə olub axı, Puşkin belə olanda. Mən də onlara deyirəm ki, Puşkini götürmə, Füzulini götür. Sən sufiləri götür. (Yenə alqış səsi – S.A.). Ancaq təəssüf ki, götürmür.

Sonra, onlara mən deyirəm, sən elə bilirsən ki, əyyaşlıq, nə bilim nələr elədiyin üçün, sənin o sevgi haqqında yazdığın şeirə bu ləkə deyil? Ay axmaq, sən pozğunluq elədiyin gün sənin o qəzəlinə murdar bir şey düşdü. İlhamın söndü. Ona görə yaxşı şeir yaza bilmirsən. (Alqışlar-S.A.).

Mütləqə İnam Ocağının Ruhani Başçısı - Atası Asif Ata
Mütləqə İnam Ocağının Ruhani Başçısı – Atası Asif Ata

 Mən sizin sualların hamısına cavab verdim. Yaxşı suallardı. Hamısı yaxşıydı. Sizdən mənim xahişim nədir? Özünüzə inanın. Əgər burda sizinlə Asif müəllim arasında vəhdət yaranıbsa, sabah tutalım ki, bir Alabaşnəzərin biri Asif müəllimin əleyhinə məqalə yazanda şərini, böhtanını dərk eləyin. Özünüzdə qalın. Yoxsa bizdə elə nöqsan var ki, gözümüz hər yana böylanır ki, görsün onda yıxılmalı bir şey varmı? (Alqışlar səsi – S.A.)

Sual: Sizin “Azərbaycanlı” termininə münasibətiniz?

Cavab: Yaxşı sualdı. “Azərbaycan” sözü bizim dini mənsubiyyətimizi ifadə edir. Zərdüşt­çülüklə bağlıdı. Azər – od deməkdir, baycan – dövlət. Zərdüştçülərin vaxtında hər evdə od olardı. Hər evdə balaca bir yeri… çox əla alındı. Mən, məsəlçün, çox istəyərdim ki, bizdə də olsun. Oda baxardılar. Ona görə həm “azərbaycanlı”, həm “türk” sözü. Biz həm də azərbaycanlıyıq, yəni od qoruyanıq, od gözətçisiyik. Amma etnik olaraq biz türkük. (Alqış – S.A.).

Hayıf ki, vaxt çox olmadı. Bəlkə sonda vaxtımız qaldı.

Sual: Müasir ədəbi dilimizdə şeir.

 Cavab: Puşkin diliynən bizim müasir dilimiz arasında heç bir fərq yoxdur. Bir az bizdə fars sözləri çoxdur. Vəssalam. O “slovarnıy sostav” deyirlər, əsas o lüğət tərkibi eynidi. Ancaq Midiya dilimiz fars deyil. Bizim Midiya dövrümüz fars deyil. Fars olsaydı, fars niyə Midiyanı zəbt eləyirdi. Kir niyə Astiaqa qarşı çıxırdı – fars özünümü zəbt eləyirdi? Bu haqda mənim fikrim var. Əgər imkanımız olsa, bəlkə axırda bu sualın ikinci hissəsinə tam cavab verdim.

Sual: Bizim Füzulimiz, Nəsimimiz olub. İndiki zamanda onlarla müqayisə olunan şəxsiy­yətlərin olmaması, yetişməməsi poeziyamızda inkişaf etməməsidirmi?

Cavab: Bu suala cavab verim. Harada Nəsimi ola bilər ki, poeziyanın əsas yönünü məddahlıqda görürlər. Bizdən əvvəlki poeziyada belə şey vardı ki, şair zəmanəsindən artıqdı. Bu, əlifbaydı. Şair zamana sığmır, şair zamanayla döyüşür. Füzuli hara, zamanası hara?! Sabir hara, zamanası hara? Sonra deyirlər ki, yox. Bu gün tamam “təzə” ədəbiyyat yaranıb. Bunun işi zamanı nəql eləməkdi. Bax, burda başlanır hamısı. Şairlə zaman arasında vəhdət ola bilər, tutalım ki, amma ünsiyyət ola bilməz. Mən indi Anarla söhbət eləmişəm ki, imkan verin, bu şairlərlə görüş keçirim, ya müşavirə. Mən onlara deyirəm. Əgər müşavirə olsa, gəlin ora. Orda mən bu söhbətləri eləyəcəm. Özü də əməlli. (Alqışlar – S.A.). “Ədəbiyyat”da çıxacaq, əgər razılıq versələr.

Sual: Azərbaycan ədəbiyyatında sizin hörmət etdiyiniz yazıçı və ya şair varmı? Vars o kimdir?

Cavab: Mənim tam, bütöv hörmət elədiyim yazıçı və ya şair yoxdur. Məsəlçün, İsmayır Şıxlının Cahandar ağası. Romanın özündə də var yaxşı cəhətləri, iri planda. Amma Cahandar ağa mənim istəyimə çox yaxındı, üzü birdi və mülkədar olduğu qədər də xalq adamıdı. Məgər bütün bəylərin hamısı pismi olub?!

Sual: Asif müəllim, şəxsən mən Azərbaycanın bütövlüyünə inanıram. Azadlığın yolu nədədir? Biz gənclərə məsləhətiniz.

Cavab: Bu haqda mən onu demək istəyirəm ki, balaca xalqın (həmişə bunu görüşlərdə deyirəm) balaca iş görməyə haqqı yoxdur. Balaca xalq elə iş görməlidir ki, bütün başqa xalqların təəccübünə səbəb olsun. Böyük sayılan xalq bəzən bir əsrin üşünü görməyə də bilər. Amma sən gərək elə iş görəsən ki, tamam özünəməxsus. Nə qədər ki, qoşulmuşuq – itirmişik. İndi elə şey yaradaq ki, bizə qoşulsunlar. (Alqış səsləri – S.A).  Bundan artıq demək olmaz. Ancaq mən özümüzü balaca saymıram, indiki halda balacayıq, daha doğrusu, balacalaşmışıq.

Sual: Mən elə bilirəm ki, Asif müəllimlə bizim əlaqəmiz olacaq.

Cavab: Asif müəllim Bakıdadı, məmnuniyyətlə bu əlaqəni istəyirəm.

Sual: Hörmətli Asif bəy, müxtəlif alimlərin cənubi və şimali azərbaycanlıların birgə yaşaya bilməmələri haqqında fikirləri də müxtəlifdir.

Cavab: Biz mütləq birləşməliyik. Nə danışırsınız? Biz yox olarıq. Təbrizsiz nə Azərbaycan?  (Alqış səsləri yenidən eşidilir – S.A.).

Biz yarım Azərbaycanıq. Biz Azərbaycan deyilik axı!

Sual: Asif müəllim, Nuran Davesyana münasibətiniz necədir?

Cavab: Mən çox danışmayacam. Çox uzatmayacam. Azərbaycanlıların Qarabağ məsələsində nöqsanı yoxdu. Yalandı kim deyirsə bizdə  nöqsan var. Ermənilərlə… (Anlaşılmır – S.A.)

Azərbaycan heç zaman başqa milləti terrorist eləməyib. Azərbaycanın özünü terrorist eləyiblər həmişə. İkili suç fəlsəfəsinə inanmıram. Azərbaycan xalqı, mən özüm Ermənistan adlanan bölgədənəm, Qərbi Azərbaycan. Orda mən yaşamışam, olmuşam. Bizim kirvəmiz olublar onlar. Erməniyə pislik eləməmişik. Ermənilər xəyanətkarlıq elədilər bizə. Belə qonşuyla yola düşmək olmaz.

……(Səs yaxşı eşidilmir – S.A.) Siz nə düşünürsüz mən də o cür. Mən də sizin kimi əsəbiyəm. Xəstələndim də hətta o məqamlarda. Məni əsəbiləşdirən budur – jurnalistlər ki, onların ağlı pişik ağlıdı, mən onların çoxunu oxumuşam. Azərbaycan xalqına kim dərs demir indi?! Baranik də bizə dərs deyir. Yazıçı olurlar özləri də. Onları mən yaxşı bilirəm. Mən Moskva Ədəbiyyat İnstitutunda oxumuşam. Onların beyni bapbalaca beyindi. (Alqış səsləri ucalır – S.A.).

Sual: Azərbaycanın yaranma tarixi haqqında məlumat verəsiniz. Siz bizə nə yol göstərirsiniz? Biz yadelliləri və s. (Ata sualın oxunuşunu axıra çatdırmır – S.A.)

Mütləqə İnam Ocağının Ruhani Başçısı - Atası Asif Ata
Mütləqə İnam Ocağının Ruhani Başçısı – Atası Asif Ata

Cavab: Bu suala qısa şəkildə cavab verim. Azərbaycan təxminən 2400 il bundan əvvəl Midiya süqut olandan sonra hələ də özünə gəlməyib. Bizim Midiyamız ki, onun dilinin nə olduğunu heç kəs bilmir, amma mən hər halda özümçün aydınlaşdırmışam, o, fars deyil. Midiya fars deyil. Midiya fars olsaydı Kir Astiyaqla döyüşməzdi. Keyxosrov niyə zəbt elədi? Özünümü zəbt elədi? Midiya böyük Midiya olub. Təxminən bir hissəsi İraq Əcəmi deyirlər, indi o İranın bir hissəsidi. Cənubi Azərbaycan, böyük ölkə olub. Asiyanın bir nömrəli ölkəsi olub. Bizim ikinci adımız Möhtəşəm imiş. Bizə möhtəşəm deyirmişlər. Bizə Maq deyirmişlər. Nə bilim, fərqlənən adamlar deyirmişlər. Ondan sonra biz Şumer bağıyla tam bağlıyıq, bağlı olmuşuq.

(Səsi yenə də tam anlamaq olmur – S.A.)

…..arvadı Midiya …….şahın qızı imiş və s. Kir Keyxosrov Astiyaqın əsgəri idi, o üsyan qaldırdı xəyanətkarcasına, Astiyaqı taxtdan saldılar. O gündən bizim atasızlıqmı deyək, başsız­lıqmı deyək, nə bilim nə deyirsiniz, o dövrümüz başladı.

Ondan sonra bizim Şirvanşahlarımız olubdu. Amma onların heç bir …… Azərbaycan olma­yıbdı.

Hətta Osman imperiyası belə, fəlsəfə təqlid elədi. Bu idimi türk? O boyda irq Teymuru verdi, kimi deyirsən verdi, şairlər verdi, peyğəmbər verə bilmədi.

Unutdu ki, dünyaya sahib olmaq olmaz. Özünə sahib ol. O boyda Atilla gəldi çıxdı Avstriya­ya qədər, məhv oldu, heç nə də olmadı.  O boyda Atilla.

Çingiz o boyda imperiya yaratdı, nə oldu? O boyda qan tökdü. Elə bilməyin ki, qılınc həm də ağıllı deyil, qılınc həm də ağıldı. Sərkərdəlik də bir ağıldı, özünüz yaxşı bilirsiniz ki, sərkərdəlik də bir istedaddı. Teymur istedad deyildimi, qaniçən olsa da. Amma nə oldu? ….

Bir-birinə düşmən. Türk qədər bir-birini qıran olmadı. Türk qədər bir-birinə düşmən olan olmadı. Qardaş qardaşının gözünü çıxartdı. Hələ də bizdə var o. Kim məhv elədi, kim yıxdı Şah İsmayıl kimi bir böyüyü? – Səlim. Kim idi Səlim – Türk. Osmanlı türkü. Oğuzdu. Həm də Osmanlı türklərindən idi. Bir hissəsi qalmışdı burda, bir hissəsi getdi ora. Məhv elədi Səlim. Bayazidi kim yıxdı – Teymur. Teymur kim idi – Türk. Bayazid kim idi – Osmanlı türkü. Və s. və ilaxır.

Yüz cür şeylər taparsınız. Qardaş qardaşla vuruşdu. Bundan artıq tarix danışmıram. Əgər imkan olsa, tarix haqqında mənim fikirlərim var. Hamısını sizə deyəcəm vaxtında.

Sual: Asif bəy, bugünkü sovet dövrünün poeziyasında az-çox duru qalan şair?

Cavab: Məmməd Araz, qəribədir, birtəhər çıxmasın, məni yaxşı başa düşün, şairin yaxşı olması üçün gərək xəstələnsinmi, qəmlimi olsun, qəribədi. Məmməd Araz adi idi, nə qədər ki, xəstə deyildi. Elə ki, bir az xəstələndi, məni doğru başa düşün, mən istəmirəm ki, o xəstələnsin, ancaq onun xəstələnməyi, onun bu vəziyyəti şeirini əməlli-başlı artırdı. İki ildi Məmməd Araz şairlik eləyir, yaxşı şairlik eləyir. (Alqış səsləri eşidilir – S.A.).

Sual: İsa Hüseynovun “İdeal” və “Əbədiyyət” romanları fəlsəfi cəhətdən necədir?

Cavab: Çox yaxşı sualdı. “Əbədiyyət”i hələ oxumamışam. “İdeal” haqqında mənim bir müsahibəm çıxmışdı “Ədəbiyyat” qəzetində. Yenə onu təkrar eləyirəm. Şumer hissəsi əla. Orda alimlik axtarmaq olmaz. O, peyğəmbərcəsinə alleqoriyalardı. Azərbaycanın şumerliyi haqqında. Orası əla. Amma Sultan Əmirlinin birdən-birə gözəlləşməsi və birdən yazıçının bunu deməsi – pis idi. Bununla mən razılaşmıram. Sultan Əmirli Mircəfərdən pis idi. Onlar hamısı bir şeydi…..

Yaxşı məqsəd üçün qoy hamı qırılsın.

Sultan Əmirli guya içir, qızı alır, İsaya yaraşmayan bir cəhət var ki, İsa özü hadisələri arxasınca elə bil ki, öküz kimi çəkir. Gərək ….. getsin realist ədəbiyyatda…. (Sözlər anlaşılmır -S.A.) Onu bilirsiniz. O cəhətdən qəbul eləmirəm. Sultan Əmirlidən ideal olmaz. Sultan Əmirli ideal ola bilməzdi. Çünki o adam ki, bir nəfərin gözünün yaşına razı olur, o bütün xalq….. bir nəfər elə xalqdı da………

Qəribə şeydi ki, mən qardaşıma lazım olmuram, tutalım arvadıma lazım olmuram, bütün bəşəriyyətə lazım olmuram. Bu əqidə bizi bu günə salıbdı. Ona görə “İdeal”ı mən ümumən İsa Hüseynovun özündən bir az geri çəkilməsi hesab eləyirəm.

Qılınc Qurban burda gözəl bir adam olur, amma görməmişikmi, yaddan çıxmışıqmı…

Amma Şumer hissəsini tam qəbul eləyirəm. Hərçəndi onu heç bir opportunist qəbul eləmir.

Tarixçilərimiz də ki, 90%-i məşğul olub “istoriya prafsayuza” ilə. (Gurultulu alqışlar – S.A.). Sual: Millətlərin yaxınlaşması və birləşməsi sözü nə deməkdir. Bu, sayca az olan millətlərin hürküdülməsi deyilmi?

Cavab: Təbiidir, təsəvvür eləyin də. Məsəlçün, arx axır çaya. Bu, arxın xeyrinədirmi? Burda arx çayda itməyəcəkmi? İtəcək, çayın xeyrinə də artacaq.

Sual: Asif müəllim, bəlkə pessimist olmaq lazımdır?

Cavab: Qətiyyən. Pessimist olmaq olmaz. O, xeyrimizə deyil bizim……. (Eşidilmədiyi üçün fikir də aydınlaşmır, ancaq eşitdiklərimizi qeyd etməyi gərəkli bildik – S.A.)

Bu kişilikdirsə, mən alovpərəst deyiləm, amma kişilikdə mənim böyük xidmətim var, o, tibb mərtəbəsinin əsasında yaradıb bütün özünün işlərini. Həmən o Şvitsa ki, 28 yaşında tibbi işini atdı, getdi Baltiklərə. Orda başladı qaralara həkimlik eləməyə… Nə isə, onun bir əla ideyası var ki, mənim biliyim pessimistdi, mənim inamım optimistdi. Əla fikirdi. Yəni gözümüz görür, gözümüzə inanmaq olmaz, göz hər şey deyil. Bəli, gözümüz çox şeyi görür zahirən, doğrudan da ümid yeri yoxdu, əgər gözlə baxsaq. Amma daxilən baxsaq, ümid yeri var. Tarixdə heç zaman xalq həmişəlik qul olmayıb. (Aqış səsi – S.A.).  Dövrlər olub, amma bütöv olmayıb.

Sual: Asif müəllim, xahiş edirəm, Əlağa Vahid haqqında öz fəlsəfi fikrinizi deyəsiniz.

Cavab: Məmnuniyyətlə. Əlağa Vahidin böyüklüyü ondadır ki, o dövrdə ki, hamı bağlanmışdı başqa yönə, o dövrdə qəzələ meyil aradan qalxmışdı, ona görə ki, hamı vokal yazırdı, əski dünyaya təslim ol deyirdi. Əlağa qəzəldən yapışdı. Bunun xoşbəxtliyimi deyək, ağıllılığımı deyək, indi bütün raportlar öləcək, amma bu cəhətdən Əlağa qalacaq. (Alqışlar – S.A.).

Başqa çatışmayan şeyləri də gələcəkdə deyərik.

Sual: Bir ağsaqqal kimi anamız Azərbaycanın bü günündə bizə nə kimi məsləhət verə bilər­siniz.

Cavab: Mən sizə onu məsləhət görərdim ki, birinci, Yurdçu sözünü özünüzə soyad kimi seçin. Özünüzü yurdçu adlandırın. Qorxmayın bu sözdən, yurdçu adlandırın. İkinci, bir-birinizdən möhkəm yapışın. Qətiyyən bir-birinizlə döyüşməyin. Bəsdir. Döyüşməyin artıq bir-birinizlə. Bizim xeyrimizə deyil. Üçüncü, daim artın, daim birləşin, daim çoxalın. Bunu məsləhət görürəm….(Arxası eşidilmir – S.A.)

(arxiv)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir