Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Günevin Yükümlüsü olduğu “Atagün” Ailəsinin
34-ildə II Aylıq Toplantısının
Gedişatı
Yer: Atagün Eli (Örənqala)
Tarix: 26 Çiçək Ayı, Mərhəm günü, 34-il
Başlanır: saat 15.30-da.
Tədbir odası Amal Ruhunun ifadəsi kimi hazırlanır. Texniki vəsaitlər, gül-çiçək təşkil olunur.
“Ata Ruhuna Pənah gətirmişik!” Səcdəsi ilə Ailə Günü başlayır.
“Ruh üstə” yazısı oxunur (deyilir).
Mövzular:
- Amallaşma – Ata ideyalarından öyrəndiklərim; Kamilləşmə – özüylədöyüş əməlində yeni addımlar, Xalqlaşma – Amalın hansı tələbini, ideyasını çatdırmışam – harda və necə?!
- Ruhani İdrakı yaratmaq – Amala sədaqətin dayağıdır!
- Ailə ilə bağlı təşəbbüslərin ətrafında düçüncələr. İştirakçıların sözü və sualları dinlənilir.
Müqəddəs Oxuma:
“Yol” kitabından “Bu günə münasibət”, “Sabaha münasibət” hissəsi oxunub şərh edilir.
“Ata Ruhunu Ürəyimizdə Aparırıq” səcdəsi ilə toplantı başa çatır.
Carlar
Ruhani İdrakı yaratmaq – Amala sədaqətin dayağıdır.
Ruhani yolumuz “Atagün Eli”ndən Türk dünyasına uzanan və Ləyaqətli Bəşər zirvəsində qərar tapır!
Gedişatı yazdı: Soylu Atalı.
14 Çiçək Ayı, 34-il. Atakənd.