Xəbərlər

“Atagün” Ailəsinin 34-ildə VI Aylıq Mərasiminin gedişatı

Asif Atanın-İnam Atanın Mütləqə İnam Ocağı
Günevin Yükümlüsü olduğu “Atagün” Ailəsinin 34-ildə
VI Aylıq Mərasiminin gedişatı

Yer: Atagün Eli (Örənqala);
Tarix:
29 Qürub Ayı, Dözüm günü;
Vaxt:
16-00-da.

  • Toplantı Odası Mərasim tələblərinə uyğun hazırlanır. Bayraq, gül-çiçək, mərasimin gedişini yazıb sabaha çatdırmaq üçün texniki vasitələr yerbəyer edilir. Hazırlıqla bağlı Elana Atalı sorumludur.
  • “Ata Ruhuna pənah gətirmişik!” səcdəsi ilə mərasim başlayır.
  • Ailənin Yükümlüsü Günev Atalının başlaması ilə “Ailə Günü”nə Evlad hesabatı dinlənilir:

1) Amallaşma, Kamilləşmə, Xalqlaşma;

2) Yüksək  İdeallarla yaşamaq çətindir, bu səviyyəyə çox az adam nail olur. Belə isə İnamın Tələbləri ilə kütləvi yaşaya bilməyən toplum üçün İnam dinə çevrilə bilərmi?

3) Atalıqla Peyğəmbərliyin sərhədi harda ayrılır?

  • İştirakçılara söz verilir və onların mövqeləri dinlənilir. Habelə, suallarına cavab verilir.

Müqəddəs Oxuma: “Mütləqə İnam” kitabından “Mütləqlə Görüş” bölümü oxunub şərh edilir.

“Ata Ruhunu ürəyimizdə aparırıq!” səcdəsi ilə Gün başa çatır.

Gün`ün carı

Atagün – Ata Amalını yaşadan Məbəd!

 

Gedişatı yazdı: Soylu Atalı

19 Qürub Ayı, 34-il. Atakənd.

(avqust, 2012. Bakı.)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir