Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Günevin Yükümlüsü olduğu “Atagün” Ailəsinin
36-cı ildə VII Aylıq Mərasiminin
Gedişatı
Yer: Atagün Eli (Örənqala);
Tarix: 30 Xəzan Ayı, Mərhəm Günü;
Başlanır: saat 16.00
• Həm Oda Mərasimin Ruhuna uyğun biçimlənir, həm də Ocaq tələbinə uyğun əhvallara köklənilir. İnam Evi, Amal Bağı gəlişimizə – ziyarətimizə hazırlanır. Gül-çiçək, yazmaq üçün qələm-dəftər, çəkiliş üçün, mərasimin gedişini sabaha çatdırmaq istəyiylə texniki vasitələr təşkil olunur. İşə sorumlu Elana və Günev (Ailənin Yükümlüsü) Atalılardır.
• “Ata Ruhuna Pənah gətirmişik!” səcdəsiylə tədbir başlayır.
Mərasimin qonuları:
1. Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı;
2. Asif Atanın bütün ideyalarının doğruluğuna və həyata keçəcəyinə ümid bəsləyirəm, yoxsa gerçəkdən inanırammı? İnanıramsa bunu hansı məntiqin, yaxud faktların üzərində əsaslandıra bilərəm?
3. Bölgə hadisələri fonunda Yurdumuzun durumu.
Müqəddəs Oxuma: “Təməl” kitabından bir parça oxunub şərh edilir.
İştirakçıların mövqeləri dinlənilir və suallarına cavab verilir.
“Ata Ruhunu ürəyimizdə aparırıq” səcdəsiylə Gün başa çatır.
Gün’ün Carı
1) İnam Yolumuz –Yolların ən çətini, ancaq ən şərəflisi və Alisi!
2) İnsanlığın qarşısında duran bütün məchulları Ata İnamının
İşığında tanımalı və həll etməli!
Gedişatı yazdı: Soylu Atalı
Xəzan Ayı, 36-cı il. Saray-Soylu.
(oktyabr, 2014.)