Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
“Atagün” Ailəsinin 39-cu ilin Yağış Ayı üçün keçiriləcək
Aylıq Törəninin Gediş Yazısı
Yer: Atagün Eli (Örənqala);
Gün: 27 Yağış Ayı, Arzu Günü;
Çağ: saat 16.30
- Oda Törənin Ruhuna uyğun hazırlanır: Gül-çiçək, yazmaq üçün texniki araçlar. İşə sorumlu Elana Atalıdır.
- “Ata Ruhuna Pənah gətirmişik!” Səcdəsiylə toplantı başlayır.
Törənin qonuları:
- Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı;
- Texnoloji gəlişmələr, yalançı bilgi (informasiya) bolluğu artıqca Ruhaniyyat ideyalarını eşitməyə sanki meyil azalır. Başqa sözlə, Varoluşa yönəlik söz deməyə ortam tükənir. Ocaq nə etməli?
- Rursal etkilər (yəni din etkiləri), eləcə də ideoloji etkilər təbliğatla yayılır. Ocaq isə təbliğatla qurulmaz. Çünkü təbliğatın arxasında həm güc olmalıdır, həm də pul. Bunlar isə İnsanlığın tələblərinə uyğun deyil. Bəs Ocağın qəbul olunması, oturuşması üçün nəyə bel bağlamalıyıq?!
Qutsal Oxuma: “Ölçü” kitabından bir parça ayırıb oxumalı.
- Qatılanlar olarsa düşüncələri dinlənilir, sorularına cavab verilir.
- “Ata Ruhunu Ürəyimizdə aparırıq” səcdəsiylə Gün başa çatır.
Gün’ün Carı
- Ata Yolunu anlamaq – Yaşamaq sevinci!
- Dünyanı dəyişmək – Öz Dünyasını qurmaqla başa gəlir!
Gediş Yazısını yazdı: Soylu Atalı.
Yağış Ayı, 39-cu il. Saray-Soylu.
(noyabr, 2017).