Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı
Günevin təmsil elədiyi “Atagün” Ailəsinin
IV Aylıq Mərasiminin
GEDİŞATI
Tarix: 30 Şölə Ayı, 34-il.
Yer: Atagün Eli (Örənqala), İnam Evi.
Vaxt: Saat 16.00-da.
Toplantı Oda’sı tədbirin məzmununa uyğun hazırlanır: – texniki vəsaitlər, gül-çiçək, nizam və dəqiqlik. İşin təşkil olunmasına Elana Atalı məsuldur.
Tədbir “Ata Ruhuna Pənah gətirmişik!” səcdəsilə başlanır.
- Günev “Ruh üstə” çağırışını söyləyir.
Mərasim konuları:
Amallaşma, Kamilləşmə, Xalqlaşma yönündən hesabat.
Millilik və İnsanilik konusunda fikir bölüşmələri aparılır.
Bu gün mən kiməm, nəyə görə Ruhaniyyat istəyirəm?
Qonaqları maraqlandıran suallara cavab verilir.
- Ailəyə ruhani hədiyyə təqdim olunur və qonaqlara isə Ocaq ədəbiyyatı bağışlanır.
Müqəddəs Oxuma: “Yol” kitabından “Doğmalarıma” izharı oxunur.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!” səcdəsi ilə tədbir sona çatır.
Gün’ün Carı:
Dünya dağılsa da İnsanlaşma qalib olacaq!
Gedişatı yazdı: Soylu Atalı
25 Şölə Ayı, 34-il. Saray-Soylu.