Ürəyinizdə Günəşi olsun!Türkiyədə seçkinin durumu ilə bağlı, bir neçə sözlə, düşüncələrimi bölüşmək istəyirəm. Bilirsiniz, Türkiyədə bu gün seçkiyə hazırlıq prosesləri gedir. Dövlət başçılığına 4 aday mübarizə aparır. Bunlardan biri hakimiyyətin başında duran Ərdoğan; ikincisi, bundan öncəki seçkilərdə adaylığını verən, hətta qalib gələn Məhərrəm İncə; üçüncüsü, özünü Atatürkçü yönü ilə tanıdan Sinan Oğan; bir də CHP-nin başqanı […]
Bu gün biz, Xocalı soyqırımının sonrakı ildönümü qarşısındayıq. Gələnəksəl olaraq, yeni seminarlar keçirməyi, köhnə şəkilləri yenidən nümayiş etdirməyi, Xocalı abidəsinin böyür-başını gül-çiçəklə bəzəməyi planlaşdırırıq. Ancaq gələcək soylara deməyə, ümid verəcək, sözümüz yoxdur. Qarabağ uğrunda savaşdıq, minlərlə şəhid verdik. Bununla belə, Xocalı yenə erməninin əlindədir, erməniliyi qoruyan Rusiya yenə Xocalıdadır. Oradan bizi yeni “Xocalı” olaylarının olacağı […]