Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Günevin Yükümlüsü olduğu “Atagün” Ailəsinin
36-cı ildə III Aylıq Mərasiminin
Gedişatı
Yer: Atagün Eli (Örənqala);
Tarix: 15 İşıq Ayı;
Başlanır: saat 16.00
• Oda Mərasimin Ruhuna uyğun hazırlanır. Gül-çiçək, yazmaq üçün texniki vasitələr təşkil olunur. İşə sorumlu Elana Atalıdır.
• “Ata Ruhuna Pənah gətirmişik!” səcdəsiylə tədbir başlayır.
Mərasimin qonuları:
1. Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı;
2. Mütləqə İnam dünyaya din kimi yayılsa nə baş verər? Deyək ki, dövlətin siyasəti ona sahib çıxdı, lap əski Roma imperiyasında olduğu kimi.
3. Hansı halda Ocaqçının özünü qınaması Özüylədöyüş əməlinə stimul verir, hansı halda mane olur?
Müqəddəs Oxuma: “Haqq-Haqqsızlıq” kitabının davamı oxunub şərh edilir.
İştirakçıların mövqeləri dinlənilir və suallarına cavab verilir.
“Ata Ruhunu ürəyimizdə aparırıq” səcdəsiylə Gün başa çatır.
Gün’ün Carı
1) Atam, Mütləqim! Ağlıma işıq ver, ürəyimə qüvvət ver!
2) “Atagün”üm – Ocağımın Həyatdan Üstünlüyü!
Gedişatı yazdı: Soylu Atalı
İşıq Ayı, 36-cı il. Saray-Soylu.
(may, 2014.)