Xəbərlər

“Atagün” Ailəsinin 36-cı ildə VIII “Ailə Günü” nün Gedişatı

Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı

Günevin Yükümlüsü olduğu “Atagün” Ailəsinin
36-cı ildə VIII “Ailə Günü” nün
Gedişatı

Yer: Atagün Eli (Örənqala);
Tarix: 23 Yağış Ayı, İnam Günü;
Başlanır: saat 16.00
• Oda Mərasimin Ruhuna uyğun hazırlanır. Gül-çiçək, yazmaq üçün texniki vasitələr təşkil olunur. Amal Bağı, İnam Evi Ziyarətimiz üçün sahmanlanır. İşə sorumlu Elana Atalı və Ailənin Yükümlüsü Günev Atalıdır.
• “Ata Ruhuna pənah gətirmişik!” səcdəsiylə tədbir başlayır.

 Mərasimin qonuları:

1. Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı;

2. Sevgi – rahatlığı itirməkdir. Bəs Azadlığı necə, itirməkdirmi? Başqa sözlə İxtiyarı əldən vermək Azadlığı da əldən vermək anlamına gəlirmi? Yəni biz ixtiyarımızı Ocağa vermişik, bununla da azadlığımızı itirmişikmi?

Müqəddəs Oxuma: “Təməl” kitabının davamı oxunub şərh edilir.

İştirakçıların mövqeləri dinlənilir və suallarına cavab verilir.

“Ata Ruhunu ürəyimizdə aparırıq” səcdəsiylə Gün başa çatır.

 

Gün’ün Carı

 

    1)   Ata Sözü – Ulusu Amallaşdıran Qutsal Tələb!

    2)  Ocaqçılıq – İnamlaşan Xalqçılıq!

 

Gedişatı yazdı: Soylu  Atalı

16 Yağış Ayı, 36-cı il. Saray-Soylu.

(noyabr, 2014.)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir