Asif Atanın-İnam Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq ilsırasının 36-ili
Günevin Yükümlüyündəki “Atagün” Ailəsinin
V “Ailə Günü”nün
Gedişatı
Gün: 27 Qürub Ayı; Yer: Atagün Eli (Örənqala); Başlanır: saat 16:00
Oda Amal Ruhuna uyğun hazırlanır. Gül-çiçək, texniki vəsaitlər hazırlanır – bunlara sorumlu Elana Atalı.
Hamı: “Ata Ruhuna pənah gətirmişik!” – deyir.
Asif Atanın 10 dəqiqəlik çıxışı görüntüdən izlənilir – bunu Ocağın Ruhani Təşkilatçısı Göylü Atalı hazırlayır.
Hesabat qonuları:
1) Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı.
2) Bir çox təlimlərdə Allah ali insan kimi təsvir olunur. Məsələn, yunanlarda, krişnaidlərdə, hətta təzadlı olsa da səmavi dinlərdə. Hürufilər də deyir insan allahdır. Bizdə də Ata-insan allah sayılır. Bunlar arasında doğmalıq varmı, fərq nədədir?
3) Yurdumuzda ictimai, siyasi hadisələr Ocaq görümündə.
Qonaqlara söz verilir.
Müqəddəs oxuma: “Haqq” Kitabının davamı oxunub şərh edilir.
“Ata Ruhunu ürəyimizdə aparırıq!”,
“Atamız Var olsun!” səcdəsi ilə Ailə Günü sona çatır.
Günün carı:
Ata-Ocaq sivilizasiyası – İnsanlığın Bəşər yaşamına bütöv gəlişi!
Gedişatı yazdı: Soylu Atalı
19 Qürub Ayı, 36-il. Saray-Soylu.
(avqust, 2014.)