Xəbərlər

“Atagün”, “Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin “Ailə Günü” törəninin Gediş Yazısı

Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı

“Atagün”, “Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin
“Ailə Günü” törəninin
Gediş Yazısı

Gün: 12 Köçəri Ayı, İnam Günü; Yer: Göylünün evi; Başlanır: 15.00

  • Oda Törənə hazırlanır. Bayraq, Gediş Yazısının nüsxələri, carlar, çəkiliş üçün kamera, fotoaparat, qələm-kağız, qutsal oxu üçün Ata Bitiqlərindən oxunmalı olanı. Təşkilatca işlərə sorumlu Göylü ilə Üstündür.
  • “Ata Ruhuna pənah gətirmişik!” səcdəsiylə tədbir başlayır.
  • “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Günev, “Ataya Günorta Ricası”nı – Ötgün deyir.

Ocaq Yükümlüsü Soylu Atalının Ailə Gününə uğurlaması dinlənilir.

  Törən qonuları:

  • Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı.
  • Ruhaniyyatçılığın başqa toplumsal çalışmalardan (siyasi, dini, ideoloji yönlərdən) fərqini, üstünlüyünü konkret faktlarla izah etməli.
  • Dünyada gedən proseslərə Ocaq ölçüsü ilə münasibət bildirməli.

“Ata Ruhunu ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə Gün başa çatır.

                                          Carlar

  • Özünü qurma hünəri – ruhsal öyrətmənlik ərdəmliyi yaradır!
  • Ruhsal Ailə olmaq – İnsanlaşma, Xalqlaşma bütövlüyünü təsdiq etməkdir!

Gediş Yazısını yazdı: Türkel Atalı.
9 Köçəri Ayı, Mərhəm Günü, 38-ci il. Saray-Soylu.

Qəbul olunur. 

Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü

9 Köçəri Ayı, 38-ci il. Saray-Soylu.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir