Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq ilsırasının 37-ci ili
Ocaq Ailələri – “Atagün”, “Uluyol-Hünər”in
birgə keçirəcəkləri “Ailə Günü”nün
Gediş Yazısı
İlsıra: 13 Köçəri Ayı;
Yer: İnam Evi;
Çağ: 15.00.
Törən Odası Ocaq ruhunda hazırlanır. Hazırlığa sorumlu Türkel Atalıdır.
Ocaq Yükümlüsü Soylu Atalının uğurlaması dinlənilir.
Ailə Gününün qonuları:
- Amallaşma, Kamilləşmə, Xalqlaşma yönündən hesabat.
- Ruhsal imtinanı yetirən nədir? Ömrümdə hansı imtinalara yetmişəm?
- Törənə qatılanların düşüncələri dinlənilir.
Qutsal Oxuma: “Ruhani Hökmlər” Bitiyindən “Müqəddəs borc” içsəsi oxunub öyrənilir.
Carlar:
- Ocaqlı əməllər – Sabahla bir olmaqdır!
- Ailələşmək – ömürlərin doğmalaşması!
Növbəti “Ailə Günü”nə Ata tələbinə əməl etməklə gəlməli: Ocaqçının ev gündəliyi, səfər gündəliyi, əməl gündəliyi olmalıdır.
Gedişi yazdı: Nurtəkin Atalı
9 Köçəri Ayı, 37-ci il. Atakənd.
Qəbul olunur.
Mütləqə İnam Ocağının Yükümlüsü
Soylu Atalı
10 Köçəri Ayı, 37-ci il. Saray-Soylu.