Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
“Atagün”, “Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin
37-ci ildə birgə VI “Ailə Günü” törəninin
Gediş yazısı
Gün: 26 Qürub Ayı;
Yer: İnam Evi;
Başlanır: saat 19.00
Oda Törənin ruhuna uyğun biçimlənir. Gül-çiçək, qələm-kağız, çəkiliş üçün gərəkən araçılıqlar. İşə sorumlu Ulusəs Atalıdır.
“Ata Ruhuna pənah gətirmişik!” səcdəsiylə tədbir başlayır.
“Ataya Axşam Ricası”nı – Güntay Atalı,
“Dünyadakı Mütləqlə Axşam Təması”nı İnamlı Atalı deyir.
Ocaq Yükümlüsü Soylu Atalının Ailələrə uğurlaması dinlənilir.
Törən qonuları:
Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı.
“İnam – Mütləqilik üzərində qurulan Aqibət yaradır” Ata fikrinin (“Təməl” Bitiyindən) açıqlaması.
Xalqlaşma əməlinin ömrümdə yaratdığı hallar.
Törənə qatılanlar da düşüncələrini bölüşə bilərlər.
Qutsal Oxuma: “Mütləqilik” Bitiyindən “Yüksəklik” yazısı oxunur.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə “Ailə Günü” başa çatır.
Carlar
- Ata Yolu – uzun, fərəhli!
- Ata Yolunu getmək – gerçəklikdən üstün yaşamaq tələbidir!
Gediş yazısını yazdı: İnamlı Atalı
19 Qürub Ayı, 37-il. Atakənd.
Qəbul olunur.
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü
19 Qürub Ayı, 37-il. Saray-Soylu.