Asif Atanın – İnam Atanın Mütləqə İnam OcağıAta-Ocaq Günsırasının 46-cı iliQutsal “Xəlqilik” BayramınınGediş Yazısı Yer: Günev Atalının evi (Biləcəri);Gün: 13 Şölə Ayı;Başlanır: 15:00. Bayramın hazırlıq işlərinə sorumlu Günev Atalıdır. “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Günev Atalı,“Ataya Günorta Ricası”nı – İnamlı Atalı deyir. Ocaq Yükümlüsü Soylu Atalının Bayrama giriş sözü dinlənilir. Bayram qonuları: “Xəlqilik Şərqisi” oxunur, “Xəlqilik Bayramı üstə […]
Author: AAO
Asif Ata. İnsan Ülviyyəti
Ruhanilik. Nuranilik. Müqəddəslik tələbi. Mütləq saflıq tələbi. Dünyada dünyadan böyük məna tapmaq. İnsanda insandan böyük məna tapmaq. Təbiətdə təbiətdən böyük məna tapmaq.Heyvaniliyin süqutu. Şəhvaniliyin süqutu.Maddiyə sığmamaq. Aliyə ucalmaq.Səsin ülvi mənası. Sözün ülvi mənası. Vəcdli kəlam. Coşğun ilham. Peyğəmbərin Mütləqə vurğunluğu. Aşiqin məşuqa vurğunluğu. Qəhrəmanın hünərə vurğunluğu. Cəngavərin amala vurğunluğu. Müdrikin kəlama vurğunluğu. Kişinin qeyrətə vurğunluğu. […]
Ədalət, İnsanlaşma qonusunda söhbət
(Soylu Atalı yazılarını amaldaşlarına oxuyur, ortaya sorular çıxdıqca cavablandırır) Müdriklərin düşüncəsi belədir: maddi üstünlüyünə fərəhlənmə ki, onu itirəndə kədərlənməyəsən. Bu, insanın dünyaya münasibətinə yönəlik çağırışdır. Hər kəs maddi bir şey əldə edəndə sevinir. Bu qaçılmazdır, sevinməsi doğrudur. Ancaq insanların ömründə ruhani fərəh olmadığına görə, həyatdan maddi nə gəlirsə onun fərəhinin qaynağına çevrilir. Ona görə maddi […]
“Ata Sonevini Ziyarət Günü” törəninin Gediş Yazısı
Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı“Ata Sonevini Ziyarət Günü” törənininGediş yazısı İlsıra: 46-cı il;Yer: Ağstafa sonevliyində Ata sonevi;Başlanır: 14.00 Hazırlıq işlərinə Göytəkin, Nurtəkin Atalılar sorumludur. Gül-çiçək, çəkiliş üçün gərəkən şeylər. Ocaq Yükümlüsünün Törənə giriş sözü. Törən qonusu: “Atalı Yolum – Qutsal Yolçuluğum!”, “Özümləşmək – Mütləqlə vəhdət!” qonusunda düşüncələr bölüşülür. Ocaqsevərlər düşüncələrini bölüşürlər.Törən Quralları yerinə yetirilir: “Mütləq” […]
Asif Ata. 28 May
XX əsrin Siyasi Dünyasında Qərb–Rusiya hökmdarlığı qərar tutdu.Həmin birlik kapitalizm təməli üzərində baş qaldırdı, sonradan sosializm ideyalarının təsirinə məruz qaldı.Kapitalizm xüsusi sahibkarlığa, sosializm ictimai sahibkarlığa əsaslandı; hər ikisi beynəlmiləlçi, kosmopolit mahiyyət daşıyırdı və zəhmətkeşə qarşıydı.Rusiya ictimai-siyasi baxımdan Qərbdən geri qalırdı, ancaq imperiya daxilində Qərbi təmsil eləyirdi. Rusiyalıq Qərblik kimi tanınırdı; Rusiya ziyalısı, Rusiya sahibkarı adlı […]
Milli Dəyərlərimiz – Varlığımızın Özülüdür
Yasin Türksoy: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız!TAQ-ın (Türkel Araşdırma Qurumu) bu toplantısı milli dəyərlərin qorunması qonusundadır. Yurdumuzun mənəvi, ideoloji durumu zəiflədikcə ulusal (milli) sorunlarımız da çoxalır. Bu proseslərə həm yurddışı, həm də yurdiçi qüvvələr təkan verməkdədir. Milli dəyərlərimizə qarşı aşağılayıcı münasibətlər, yazılar, fikirlər günü-gündən çoxalmaqdadır.