Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Günevin Yükümlüyündəki “Atagün” Ailəsinin 34-cü ildə I Aylıq Toplantısının Gedişatı Yer: Atagün Eli (Örənqala) Tarix: 31 Günəş Ayı, 34-il Vaxt: 15.00.
Author: AAO
“Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin 34-cü ildə I “Ailə Günü”nün Gedişatı
Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin 34-cü ildə I “Ailə Günü”nün GEDİŞATI Yer: İnam Evi (İçərişəhər); Gün: 25 Günəş Ayı; Vaxt: 15.00 Oda Tədbirin ruhuna uyğun hazırlanır. Təşkilatca sorumlu Göylü Atalı və İnam Evinin Odqoruyanı Ulusəs Atalıdır. “Ata Ruhuna Pənah gətirmişik!” səcdəsiylə tədbir başlayır.
Asif Atanın Mütləqə İnam Ocağı “İnsanilik” Bayramını həyata keçirdi
Ocaq ilsırası ilə 14 Günəş Ayı, 34-ildə (mart, 2012) Asif Atanın Mütləqə İnam Ocağı “İnsanilik” Bayramını həyata keçirdi. “Ata Ruhuna Pənah gətirmişik!” Səcdəsilə Bayram başladı. “Ata çağırışı”nı Üstün Atalı, “Təbiətdəki Mütləqlə Gündüz Təmasını” Türkel Atalı, “Ataya Günorta Ricası”nı Nurtəkin Atalı söylədi. Günev Atalı əlində 6 ideyanı əks etdirən məşəllərlə Ata ideyalarının mahiyyəti üstə söz dedi.
Müqəddəs “İnsanilik” Bayramının Gedişatı
Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ata-Ocaq ilsırasının 34-cü ili Müqəddəs “İnsanilik” Bayramının GEDİŞATI Gün: 14 Günəş Ayı; Yer: İnam Evi (İçərişəhər); Başlanır: saat 14.00
Soylu Atalı. Bosna Hersek Türk Bizim Ocak Törəninə Uğurlama
Ürəyinizdə Günəş olsun, sayğılı dostlar! Aramızda olan məsafə uzun olsa da, qəlbimizlə, sevgimizlə yaxınıq sizlərə. Həm də yalnız sevgimizlə deyil, işimizlə, mübarizəmizlə sizlərə doğmayıq, gərəyik – çiyin-çiyinə, ürək ürəyə söykəyik. Dünyanın harasında olursa olsun, sağlam düşüncəli türk insanlarımızın ancaq bir istəyi olur – barış, özgürlük.
Soylu Atalı. Fəlakət düyünü (son yazı)
Məhəbbətin, cismani ehtirasların xudbinləşməsimi, yoxsa Annanın düşdüyü çıxılmazlıqmı Vronskidən «hər şey heç nə, Anna hər şey» qənaəti tələb edirdi? Bunun müqabilində isə Vronskinin Annaya xaslığı bütövləşmirdi və bu tələbin qırılması – münasibətlərin inamdan məhrum olmasını sürətləndirirdi. Məhəbbət coşğunluğunda müəyyən mərhələyə qədər yaxınlaşma baş verir, – vəhdəti-vücud baş vermirsə, uzaqlaşma labüd şəkildə meydana çıxır.