DİN və MƏDƏNİYYƏT Mədəniyyət – xalqın (yaxud xalqların) adətində, ənənələ¬rin-də, məişətində, geyimində, yazısında, incəsənətində, musiqi-sində, ədəbiyyatında, bir sözlə, həyatın bütün sahələrində onun yönünü, simasını formalaşdıran və aqibət birliyinə xidmət edən dəyərdir. Bu dəyərin əsasında milli xüsusiyyətlər, əxlaqi keyfiyyətlər, bəşəri humanizm dayanır və yaxud dayanmalıdır.
Author: AAO
Soylu Atalı. İnsana doğru (II yazı)
DİN və AZADLIQ İnsanın həyatında ən çox rol oynayan amillərdən biri kimi dinlərin məzmununa nəzər yetirməyi bəzi məsələləri aydınlaş-dırmaq baxımından gərəkli hesab edirik. Hər bir din müəyyən yeniliklərlə gəlsə də, əsasən ibtidai baxışlar üzərində qurulub. Təbiidir ki, ibtidai baxışlarda dayanıb qalmaq tərəqqiyə yol aça bilməz. Bəs necə olur ki, ibtidai baxışlar yaşaya bilir, inkişaf təbii […]
Soylu Atalı. İnsana doğru (I yazı)
I. FƏRD və KÜTLƏ İnsan haqqında təsəvvürlər, bilgilər, axtarışlar çox mürəkkəbdir və müxtəlifdir. İnsanın mənşəyi, psixologiyası, sosial həyatı, ictimai mövqeyi haqqında çoxsaylı mülahizələr ortaya qoyulmuş, əksər hallarda insanın fərd olaraq dərk olunması arxa plana keçmişdir. Biz insanın mənşəyi haqqında gərgin axtarışları təbii sayırıq. Bu, idrak məsələsidir. İdrak cavab tapmamış axtarışları dayandırmır. İnsan hardan başlayır, insan […]
Ocağın xalqlaşma addımları
Bu günlərdə Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı Güney Azərbaycandan olan ayrı-ayrı soydaşlarımızla görüşüb. Bu görüşlərdə əsasən Güney Azərbaycanın durumu mövzunun aparıcı xəttini təşkil edibdir. Ancaq maraqlı haldır ki, onlar özlərini təqdim etməyi məqsədəuyğun saymayıblar. Bildirdiklərinə görə mübarizəni müəyyən həddə çatdlrmaq istəyirlər. Rejim tərəfindən təqib olunub işlərinin yarımçıq qalmasını istəmirlər. Bəlkə onların yerində biz də […]
Oxu Günü
Asif Atanın Mütləqə İnam Ocağı fərdin daxili inkişafı üçün yeni bir ideya gerçəkləşdirdi. Bu ideya “Oxu Günü” (mütaliə günü) adlanır. Bu tədbir Ocağın “Amallaşma Günü” tədbirindən fərqlidir. Burada məqsəd Ocaqçıların dünyanı ümumiləşdirmələr səviyyəsində öyrənməsini təmin etməkdir. Bu işin Atanı dərk eləməyə böyük təsiri var.
“Ulufərəh” Ailəsinin XI “Ailə Günün”nün Gedişatı
Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata-Ocaq ilsırasının 33-ili Göylünün Yükümlüyündəki “Ulufərəh” Ailəsinin XI “Ailə Günün”nün GEDİŞATI Gün: 29 Qar Ayı, Qismət günü, 33-il. Yer: İnam Evi (İçərişəhər). Saat: 15.00