Xəbərlər

Soylu Atalı. Oyunların əlində də olsaq, içində də…

Həqiqətin bir açımı, yönü, izahı olur, siyasətin yüz. Bir siyasi olaya bir neçə baxış sərgiləmək olar. Əgər baxışlar siyasətin oyunlarına oyun qatmaq açısından sərgilənmirsə doğru sayıla bilərlər. Yəni sərgilənən baxışların hərəsi bir oyunun doğru qiymətləndirilməsi ola bilər. İstənilən siyasi olay özünə qarşı bir sıra doğru cavablar, izahlar doğurur. Kimsə siyasi olaylara strateji açıdan yanaşıb qiymətləndirər, […]

Xəbərlər

“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” Törəni

Ocaq Günsırası ilə 20 Xəzan Ayı, 46-cı ildə (oktyabr, 2024) “Uluyol-Hünər” Ailəsi “Ailə Günü” Törəni keçirdi. Ocaq quralları yerinə yetirildikdən sonra Ailə yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı: Ay içində oxuduqlarım, araşdırdıqlarım olub. Onları sizinlə bölüşmək istəyirəm. Həyatla görüş, həyatı anlamaq bəzən kədər yaradır insanda. Bu günümüzdə adamların etdikləri, dünyanın durumu, millətin durumu […]

Xəbərlər

Soylu Atalı. Dəyişiklik istəyi sorumluluq deməkdir

İnsanda daim dəyişmək, dəyişiklik etmək meyli yaşayır. Hesab eləmək olar ki, bu, olanaqda olan gəlişmə tələbindən irəli gəlir. Ancaq insanın bütün hallarda atdığı addım gəlişmə ilə sonuclanmır, geriləmələr də baş verir. Bu ona görə olur ki, olanaqda yaşayan gəlişmə tələbini insan tanıya, dərk edə bilmir. Bu halda insanın əməlləri Tələb yönündə yox, bilməzlik yönündə gerçəkləşə […]

Xəbərlər

Qutsal  “Bəşərilik” Bayramı

Ocaq Günsırası ilə 12 Sərt Ayı, 46-cı ildə Asif Atanın Mütləqə İnam Ocağı Qutsal “Bəşərilik” Bayramını keçirdi. Qurallar yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Sizin hər birinizi bu gün münasibətilə qutlayıram, hər birinizə Ocaq yönündən uğurlar, başarlar diləyirəm. Bayramımızın məğzi ilə bağlı düşündüklərimizi dilə gətirməliyik. Hər bir toplantının özünə […]

Xəbərlər

Soylu Atalı. Dəyərlərimizi kölgələyənlərə dur deyək

 Nəsimi Nəimini 1394-cü ildə tapdı, 1395-ci ildə Nəimi öldürüldü. Aşağı-yuxarı bir il birgə oldular. O çağa qədər Nəsimi sufi idi. Sufi yönlü olmasını onun yaradıcılığının ayrı-ayrı örnəklərində də izləmək olur. 1394-dən 1417-ci ilə qədər, yəni öldürüldüyü (dərisi soyulduğu) günə kimi, Nəsiminin yaradıcılığının bütün örnəkləri Hürufilik təliminin mahiyyətinə yönəlikdir. Belə götürəndə, onun Nəimiyə qədərki yaradıcılığı da […]

Xəbərlər

Qutsal “İnam Evi Günü” Törəni

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Yağış Ayı, 46-cı ildə (noyabr,2024) Qutsal “İnam Evi Günü” törənini gerçəkləşdirdi. Qurallar yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: İnam Evi Günü ilə bağlı düşüncələrimizi bölüşək. Əslində çağımıza qədər İnam Evi Günü deyə bir məzmun olmayıb. Belə götürəndə, […]