Xəbərlər

Ocaq Səfərləri davam edir

Asif Atanın Mütləqə İnam Ocağının Evladları bölgələrə ardıcıl səfərlər edirlər. Hər səfərdə milli varolmanın yöntəmləri, Asif Atanın ruhsal kimliyi, inamı, dünyabaxışı yönündə söhbətlər olur, insanları düşündürən sorulara cavablar verilir. Yurdumuzda özünəyadlaşma yaradan düşüncələrin qarşısını almaq gərəkir. Bunun üçün insanlarımızla canlı ünsiyyətlər qurub milli-insani yön yaratmağa çalışırıq. Bu səfərlərimizin hədəfi odur.Bu günlərdə Nurtəkin Atalı Ocaqdostu Yasin […]

Xəbərlər

Asif Ata. Özüylə Barışan İnsan

Xudbinliklə barışmaq. Çirkinliklə barışmaq.Əyyaşlıqla barışmaq. Sərxoşluqla barışmaq.Küdurətlə barışmaq. Ətalətlə barışmaq.Zalımlıqla barışmaq.Avamlıqla barışmaq. Qorxaqlıqla barışmaq.Alçaqlıqla barışmaq.Cəlladlıqla barışmaq. Qəddarlıqla barışmaq.Riyakarla barışmaq.Fitnəkarla barışmaq. Süniliklə barışmaq.Sürülüklə barışmaq.Zəlilliklə barışmaq. Miskinliklə barışmaq.Azğınlıqla barışmaq.Külü od saymaq. Damcını sel saymaq.Yağışı tufan saymaq.Xülyanı gerçək saymaq. Çirkini göyçək saymaq.Çirkaba bulanmaq. Yalana aldanmaq.Qəbahətlə barışmaq. Cinayətlə barışmaq.Xəyanətə alışmaq. Daxildəki yırtıcıyla barışmaq.Ürəkdəki hərcayiylə barışmaq.Ağıldakı naqisliklə barışmaq.Arzudakı xəbisliklə barışmaq.Tamahdakı […]

Xəbərlər

Qutsal “Bəşərilik” Bayramının Gediş Yazısı

Asif Atanın – İnam AtanınMütləqə İnam Ocağı Qutsal “Bəşərilik” BayramınınGediş Yazısı Gün: 12 Sərt Ayı, 46-cı il.Başlanır: 15:00 Bayramın hazırlıq işlərinə təşkilatca sorumlu Nurtəkin, Göytəkin Atalılardır.Hamı: “Ata Ruhuna Pənah gətirmişik!” deyir.                       Ocaq Yükümlüsü Soylu Atalının Bayrama açılış sözü dinlənilir. Bayram qonuları:  “Bəşərilik Şərqisi”ni – Nurtəkin, “Bəşərilik üstə Mütləqlə […]

Xəbərlər

Soylu Atalı. Doğal yaşam – Toplumsal yaşam

Doğal yaşamla toplumsal yaşam arasındakı bağlılığı dərk eləmədən mənəviyyat ölçülərinin sınırlarını bəlirləmək, onunla yaşamaq çətin olur. Mümkünsüz olur da demək yerinə düşər. Bu da, əslində İnsanlığın dərk olunması anlamı daşıyır. Bunu aydınlaşdırmağa çalışaq: “İnsan necə bir varlıqdır” – bu soruya olduqca mürəkkəb, fərqli açılardan cavablar verilib. Bu cavabların içərisində uyumlu, yetərli olanları da var, yanıltmacalar […]

Xəbərlər

Günev Atalının “Atagün” kitabı çapdan çıxdı

Ön söz Ürəyində Günəş olsun, sayğılı oxucu!Sənə sunulan bu kitab gələnəksəl kitablardan fərqli bir biçimdə yazılıb. Bu nə bədii kitabdır, nə fəlsəfi. Bioqrafik tarixi oçerk saymaq olar. Ömür yolu, mübarizə yolu, sevgi yolu, heyrət yolu – əslində bu adların hər biri bu kitabın məzmununu ifadə edir. Çünkü bu kitabda yazıya alınan yaşan­tılar çağdaş dönəmdə ağlasığmayan […]

Xəbərlər

Asif Ata Ocağının yeni səfərləri

Ürəyinizdə Ata Günəşi olsun!Hər nə qədər sosial sorunlarla üz-üzə qalsa da, insanın yaşamı, ömrü təkcə məişətə bağlı deyil. Axı insan ruhani varlıqdır, insanın mənəvi ehtiyacları da var. Bu ehtiyacdan yana hər kəsin ağlında, düşüncəsində millətin bugünü, sabahı ilə bağlı ziddiyyət doğuran suallar var. İnsan vətəninə, millətinə bağlı olduğu qədər sorunları düşünür, qayğılanır, özünün düşüncəsinə dəstək […]