Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
39-cu il Qutsal “Bəşərilik” Bayramının
Gediş Yazısı
- Yer: Qaraçuxur qəsəbəsi ( Nurtəkin Atalının evi);
- Gün: 12 Sərt Ayı;
- Başlanır: 15:00
Bayramın hazırlıq işlərinə təşkilatca sorumlu Nurtəkin Atalıdır.
Hamı sayğı duruşunda: Mütləqə İnam Bayrağı gətirilir.
Məşəllər yandırılır və qutsal söz söylənilir.
- Hamı: “Ata Ruhuna Pənah gətirmişik!” deyir.
- “Təbiətdəki Mütləqlə Gündüz Təması” nı – Göylü,
- “Ataya Günorta Ricası”nı – Ulunur,
- “Ruh üstə” içsəsini Üstün deyir.
Ocaq Yükümlüsü Soylu Atalının Bayrama açılış sözü dinlənilir.
- Bayram qonusu: İnsan ömrünün, bəşərilik anlamının dərk olunması.
Bayrama Ruhsal hədiyyələr sunulur.
- “Bəşərilik Şərqisi”ni – Üstün,
- “Bəşərilik üstə Mütləqlə Təması” – Nurtəkin deyir.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”,
“Atamız Var olsun!” səcdəsiylə Bayram sona çatır.
Carlar
- Bəşərin İnsanlaşması Yolu – Mütləqə İnamdan keçir!
- Ata İnamı – İnsanı xalqlaşdıran, bəşəriləşdirən Qutsal Aqibət!
Gediş yazısını yazdı: Ulunur Atalı.
6 Sərt Ayı, Dözüm günü, 39-cu il. Saray-Soylu.
Qəbul olunur!
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü
6 Sərt Ayı, 39-cu il. Saray-Soylu.