Xəbərlər

Asif Ata. Bayatı işığı

Bayatı işığı I  Ağlamaq – Ağlanmaq – Ağ olmaq – İşıqlanmaq deməkdir xalq idrakında. Bayatı – göz yaşı işığıdır, daxili aləmi duruldan. Ağlaya-ağlaya işıqlanıblar. Zülmətdən ayrılıb işığa düşüblər qədimlərimiz. Kədər göz yaşlarında tamlanıb, yuyulub, saflanıb. Göz yaşı yağıb daxili dünyaya və günəş doğub daxildə.