– Yenə də dövrdən, zəmanədən, sinfi mənsubiyyətdən təcrid olunmuş ümumi, əbədi, mütləq insan! Fəlsəfə onunla həmişəlik vidalaşmadımı, sübut etmədimi ki, insanı ictimai münasibətlərdən ayrı təsəvvür etmək olmaz?! İnsan hansı bir mühitdəsə yetişir, hansı tarixi şəraitdəsə fəaliyyət göstərir, hansısa bir sinfi təmsil edir, onun konkret mövcudiyyəti var; o, fəhlədir, kapitalistdir, mülkədardır, kəndlidir – öz mənafeyini qoruyandır. […]