Xəbərlər

Üstün Atalı. Soydaşlarıma soydaşlıq ərki

Ürəyinizdə Ata Günəşi olsun, istəkli yurddaşlarımız. Azərbaycan toplumunun bugünkü halı, qıraqdan yurdumuza olmazın təsirlər, aydınlarımızın bu mühitə dirəniş göstərməməsi bir vətən övladı kimi məni narahat edir. İnsanların içində bu gün hünər deyil, – yaltaqlıq, özünütəsdiq deyil, – mənliyiinkar, ruhanilik deyil, – biolojilik, özümləşmə deyil, – yadlıq hökm sürür. Pulçuluğa, maddiyyatçılığa meyil gündən-günə artır. Niyə aldatma […]

Xəbərlər

Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər

Asif Atanın –İnam Atanın Mütləqə İnam Ocağı Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Ocaq Günsırası ilə 13 Şölə Ayı, 36-cı ildə (iyun, 2014) Mütləqə İnam Ocağı Qutsal “Xəlqilik” Bayramı keçirdi. Bayram Quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya Səcdə ilə sözünə başladı: Bu gün Xəlqilik üstə söhbət edəcəyik.

Xəbərlər

“Uluyol-Hünər” Ailəsinin 36-cı ildə III “Ailə Günü” Mərasimində deyilmiş fikirlər

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin 36-cı ildə III “Ailə Günü” Mərasimində deyilmiş fikirlər Ocaq Günsırası ilə 20 İşıq Ayı, 36-cı ildə (may, 2014) “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” mərasimi keçirildi. “Ata Ruhuna Pənah gətirmişik!” səcdəsilə Ailə Günü başladı. Ailənin Yükümlüsü Nurtəkin Atalı Ataya Səcdə ilə sözünə başladı. O, Amallaşma hesabatında qeyd […]

Xəbərlər

28 May Dövlətçilik Bayramı

Göylü Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Yüzillərdir milli şüurumuzun inkişafına və dövlətçilik ənənələrimizə ardıcıl olaraq zərbələr vurulur. Bu da ən çox ərəb, fars və rus irticasının təsirində özünü göstərir. Bəlli “Türkmənçay bağlaşması” nəticəsində Qacar-türk dövləti ikiyə parçalandı. Dövlətimizin bir hissəsi, – Quzey Azərbaycan Çar Rusiyasının işğalı altında qaldı, başqa bir hissəmiz isə fars yönətim […]