FATEH ƏMƏLSİZLİYİ Əməlsizdir Teymurləng, çünki Fatehlikdə ruhaniyyat yoxdur, insaniyyat yoxdur; Qorxutmaq, Sarsıtmaq əzəmətində qüdrət yoxdur; Zor İşıqdan məhrumdur, Yırtıcılıqda Ucalıq yoxdur; əslində Qələbəsizdir Teymurləng, çünki qələbəsində İnsanilik yoxdur; Zəbt eləyir dünyanı Teymur – ancaq Dünyasızdır, çünki Dünyasında İnsanilik yoxdur; Gücünə baş əydirir Dünyanı – ancaq gücsüzdür, çünki gücündə İnsanilik yoxdur, Dəhşət törədəndir – barsızdır, […]