E.A. – Müasir əxlaq və gözəllik haqda. Asif Ata: – Müasir əxlaqın canı xudbinlikdir. Xudbinliklə fərdiyyətçilik arasında yerlə göy arasında fərq var. Fərdiyyətçilik antixudbinlikdir. İndiki əxlaqın əsas məqsədi odur ki, nəyin bahasına olur-olsun yaşa, nəyin bahasına olur-olsun ud, uduzma. Nəyin bahasına olur-olsun özünü təsdiq elə, vicdanın bahasına və nəyin bahasına olur-olsun azad ol, o cümlədən […]