Hər şey insandan başlayır. O insandan ki, özüylə döyüşür, içindəki Mütləqi aşkarlayır, Kamilləşir. Zamanın, Şəraitin, Mühitin təsirindən azad olur. Təsirlərdən azad olduqca, İnsanilik Azadlığına yetir – Müstəqilləşir, Fərdiləşir, Özümləşir. Xalq fərdlərin birliyi deməkdir. O fərdlərin ki, ömürləri Amala bağlı, xalqa bağlı. Xəlqi dəyərlər – fərdin öz ömründə yetdikləri əbədilikdir. Xəlqi ölməzlik – fərdi dəyərlərin ölməzliyidir. […]