O, hər kəsin xoşbəxtlik hesab etdiyi çox şeyə sahib idi. Ancaq hər dəfə “mən xoşbəxtəmmi?” sualını özündən soruşanda, qəlbinin lap dərinliklərindən gələn bir səs ona “yox” cavabı verirdi. O səs başqa bir dünya idi, usanmadan onu səsləyirdi. Bir əlçatmazlıq vardı o səsdə, can atdıqca uzaqlaşırdı. Hara, niyə səsləndiyini anlamasa da, bu səsin onu yaşamın gözəlliyinə […]