Sual (Ata vərəqdən oxuyur – S.A.): Asif Ata, siz filosof kimi Azərbaycanın gələcəyini nədə görürsünüz? Cavab: Mən bir filosof kimi Azərbaycanın gələcəyini Mütləqə İnamda görürəm. Nə Allaha inanıram, nə istehsalata. Nə Marks mənim böyüyümdür, nə Məhəmməd. İnanıram dünyanın özünün dünyadan artıq olan Mənasına. Bu haqda xüsusi söhbətimiz olacaq. İnanıram insanın özündən böyük olan mənasına. İnanıram […]