Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Böyük Azərbaycan-türk düşünəri, Hürufilik Təliminin yaradıcısı Fəzlullah Nəiminin 675-illiyi qarşısındayıq. Bu böyük şəxsiyyətimizin yaratdığı dəyər xalqımızın mənəvi-ruhani mahiyyətindən yaranmış, indi də yadlıqlara qarşı milli tutalqa sayılacaq bir olaydır. Öyrənmək, öyrətmək, yiyə çıxmaq gərəkdir. İndi Soylu Atalının Nəimi şəxsiyyəti ilə bağlı yığcam bir yazısını sunuruq.