Asif Atanın Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı bölgəyə səfəri zamanı Ocağa yeni Evlad qəbul eləmişdir. Artıq üç aydırTeyyubova Şəfa Ocaqdan Göytəkin adını alaraq Asif Atanın ruhani hərəkatına qoşulmuşdur. Bu səfərdə Ocaq qurallarına uyğun olaraq qəbul törəni keçirilmiş, onun Ocaqçılığı təsdiq olunmuşdur (Evladlıq Nişanəsi özünə təqdim edilmişdir). Uğurlar, Başarılar diləyirik! Ocağımıza xoş gəldin!