Xəbərlər

Mütləqə İnam Ocağının İnam Evində “İnam Evi Günü” Mərasim-Törəni keçirildi

Asif Atanın Mütləqə İnam Ocağı 13 Yağış Ayı, 33-ildə (noyabr, 2011) İnam Evində “İnam Evi günü” Mərasim-Törənini həyata keçirdi. Tədbirdə Ocaqçılardan başqa ayrı-ayrı ziyalılar da iştirak edirdi. Mərasim “Ata Harayları” ilə başladı. 6 ideyanı əks etdirən 6 rəmzi məşəlin yandırılması ilə Mərasim başladı.

Xəbərlər

Soylu Atalı. Üzü və Sözü Güney Azərbaycan türklərinə doğru

Ürəyinizdə Günəş olsun, sayğılı Yurddaşlarım və Soydaşlarım! Azərbaycanın indiki durumu Türk Dünyasının ən dərin problemidir. Bir az geniş təhlil olunsa, məlum olar ki, bütövlükdə dünyanın dərin problemidir. Ancaq indiki siyasi dünya Azərbaycanın taleyinə qarşı biganədir, çünki bu taleni siyasi dünya özü hazırlayıb. 200 ildir Azərbaycanın bu durumdan çıxmasının qarşısını alır. Bu qədər vaxtda ardıcıl Azadlıq […]

Soylu Atalı (Mütləqə İnam Ocağının Yükümlüsü)
Xəbərlər

Soylu Atalı. İranın Azərbaycan yağılığı

İranın Azərbaycan yağılığı Bu günlərdə İranın Qum şəhərində yerləşən Əzəm məscidində Ayətullah Məkarim Şirazinin etdiyi çıxış yayımlanıb. Çıxışın məntiqi ilə tanış olandan sonra Yurdumuzun taleyi əhvalımı yenidən ağrıtdı. Bir dövlət nə qədər hədələnər, onun içinə, işinə nə qədər müdaxilələr olar?! Biz Azərbaycan iqtidarının yanlış saydığımız addımlarını tənqid eləməkdən heç vaxt qırağa durmamışıq. Ancaq İran kimi […]

Xəbərlər

Ocaq Yükümlüsünün xalqlaşma görüşləri

Ocaq Yükümlüsünün xalqlaşma görüşləri Ay ərzində bir sıra ziyalılar ayrı-ayrı vaxtlarda Mütləqə İnam Ocağının qonağı olmuşlar. Qonaqlarla söhbətləri əsasən Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı aparmışdır. Bu görüşlər Ocağın Tədbirlər Odası’nda və Soylu Atalının evində keçirilmişdir. İnamın zəruriliyi və Azərbaycanda Milli İdeolojinin formalaşmasında Asif Ata Baxışından bəhrələnməyin önəmi söhbətlərin əsas xəttini təşkil edir: “Dünya siyasi […]