Ocaq Günsırası ilə 13 Şölə Ayı, 43-cü ildə Asif Atanın Mütləqə İnam Ocağı Qutsal “Xəlqilik” Bayramını keçirdi. Ocaq quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Qutsal Gün`ümüzə başlayırıq – Asif Atanın “Mütləqə İnam” Ocağının Xəlqilik Bayramını keçiririk. Tarix üçün xatırlatmaq istəyirəm: Ocaq bayramları Asif Atanın ölümündən sonra keçirilməyə başlamışdır. […]