Ocaq Günsırası ilə 13 Şölə Ayı, 41-ci ildə (iyun, 2019) Asif Ata Ocağı qutsal “Xəlqilik” Bayramını keçirdi. Ocaq quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Qutsal “Xəlqilik” Bayramımızda Ata hüzurunda söz deyirik. Ölənlərimiz – Sabahlı, Bağban, Amaltayı bizimlədir, onların adlarını anırıq. Bu “Gün”ün anlamı haqqında ötənlərdə zaman-zaman söz demişik. […]